• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Müsəlman amerikalılar Co Baydenə xəbərdarlıq edib

Müsəlman amerikalılar Co Baydenə xəbərdarlıq edib
02.11.2023 15:15
ABŞ-da müsəlman amerkalılar və bəzi Demokratik Partiya üzvləri prezident seçkilərində Co Baydeni dəstəkləməyəcəkləri barədə xəbərdarlıq edib. Bu barədə "TRT haber" məlumat verib.

Bildirilib ki, Bayden administrasiyasının İsrailin Qəzzaya hücumlarına susması ABŞ-dakı müsəlmanları qəzəbləndirib.

Ölkədəki müsəlmanlar və Demokratik Partiyanın bəzi üzvləri Baydeni Qəzzada atəşkəs üçün addımlar atmağa çağırıblar, əks təqdirdə yüz minlərlə müsəlman seçicinin 2024-cü ildə keçiriləcək Prezident seçkilərində Co Baydeni dəstəkləməyəcəyini bildiriblər.

"Administrasiyanızın maliyyə və silahlanma da daxil olmaqla qeyd-şərtsiz dəstəyi, mülki insanların tələfatına səbəb olan zorakılığın davam etməsində mühüm rol oynadı və əvvəllər sizə güvənən seçicilərin etibarını sarsıtdı. Şura İsrailin Fələstin xalqına qarşı hücumlarını dəstəkləyən heç bir namizədi dəstəkləməmək və ona səs verməmək üçün səfərbər edəcək”, - Milli Müsəlman Demokratik Şurası Baydenə göndərdiyi məktubda qeyd edib.

ABŞ-da 3,5 milyon müsəlmanın 20 faizinin seçici olduğu təxmin edilir. Bu, 700 min səs deməkdir. Miçiqan kimi əyalətlərdə müsəlman seçicilər seçkinin nəticələrinə təsir edə bilər.
 
Demokrat Partiyasının namizədi Co Bayden 2020-ci il prezident seçkilərində 290 seçkiçi səsini qazanaraq ABŞ-nın 46-cı Prezidenti olub.
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avropa liderləri Ukrayna ilə bağlı razılığa gəliblər
Dünya 09:00
Avropa liderləri Ukrayna ilə bağlı razılığa gəliblər
Volodimir Zelenski Kral Çarlsla görüşüb
Dünya 22:33
Volodimir Zelenski Kral Çarlsla görüşüb
Papanın son durumu ilə bağlı açıqlama
Dünya 22:31
Papanın son durumu ilə bağlı açıqlama
Britaniya Ukraynaya 1,6 milyard funt sterlinq verəcək
Dünya 22:13
Britaniya Ukraynaya 1,6 milyard funt sterlinq verəcək
Rusiyada ticarət mərkəzində atışma olub,yaralananlar var
Dünya 20:25
Rusiyada ticarət mərkəzində atışma olub,yaralananlar var
London Sammiti başlayıb
Dünya 19:12
London Sammiti başlayıb
Qazaxıstanda bir ailənin 7 üzvü qazdan zəhərlənərək ölüb
Dünya 18:21
Qazaxıstanda bir ailənin 7 üzvü qazdan zəhərlənərək ölüb
Qəzzaya humanitar yardımlar dayandırılıb
Dünya 17:40
Qəzzaya humanitar yardımlar dayandırılıb
İsrail Qəzzaya PUA zərbəsi endirib, ölənlər var
Dünya 16:29
İsrail Qəzzaya PUA zərbəsi endirib, ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol