• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Avropada qaz ucuzlaşıb

Avropada qaz ucuzlaşıb
07.11.2023 10:24
Avropada keçirilən hərraclarda qazın 1 000 kubmetrinin qiyməti 501 ABŞ dolları səviyyəsində olub. Bu barədə İnterfaks məlumat yayıb.
 
Bildirilir ki, dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi 501,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (531,7 dollar) ilə müqayisədə 5,7% azdır.
 
2023-cü ilin birinci rübündə Azərbaycan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropa İttifaqı (Aİ) ölkələrinə qaz tədarükünü ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artıraraq 2,8 milyard kubmetrə çatdırıb.
 
2023-cü il ixrac olunan qazın 42,1% Türkiyənin, 35,8% isə İtaliyanın payına düşüb. 
 
Azərbaycan Avropaya qaz nəqlinə 2020-ci il dekabrın 31-dən başlayıb. 2021-ci ildə tədarükün həcmi 8 milyard kubmetri ötübsə, 2023-cü ildə təqribən 12 milyard kubmetr təşkil edəcək. 2027-ci ilə qədər tədarüklərin həcmi ildə ən azı 20 milyard kubmetrə çatacaq.

Hazırda Avropada Azərbaycan qazını İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya alır. Bundan əlavə, 2023-cü ilin sonuna qədər Azərbaycan qazı tədarük edə bilər.

Ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
İqtisadiyyat 11:11
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol