Banklar 35 milyondan çox dollar alıb - Valyuta hərracı

Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı valyuta hərracında 35,2 milyon ABŞ dollar satıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.
Bu məbləğ əvvəlki hərrac zamanı 57,4 milyon ABŞ dolları olub.
"Çərşənbə axşamı 35,2 milyon milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb",- mərkəzdən bildirilib.
Bu ilin yanvar-mayında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 492,3 milyon ABŞ dolları məbləğində satış olub.
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.
Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.
www.anews.az

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər
Daha çox 