• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
10.11.2023 11:26
Fövqəladə Hallar Nazirliyi (FHN) ölkədə müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən verilən məlumata görə, hazırda ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti müşahidə olunur və əsən güclü küləyin axşam saatlarına qədər davam edəcəyi proqnozlaşdırılır.

Belə hava şəraitinin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ İranladanışıqlarahazırlaşır
Cəmiyyət 09:06
ABŞ İranladanışıqlarahazırlaşır
22 ölkə İrandan Hörmüz boğazını açmağı tələb edib
Cəmiyyət 23:41
22 ölkə İrandan Hörmüz boğazını açmağı tələb edib
54 yaşlı kişi hamamda yıxılıb öldü
Cəmiyyət 23:32
54 yaşlı kişi hamamda yıxılıb öldü
Gəncədə evdə partlayış olub
Cəmiyyət 23:00
Gəncədə evdə partlayış olub
“Prius”un vurduğu piyada xəstəxanaya aparılarkən ölüb
Cəmiyyət 22:30
“Prius”un vurduğu piyada xəstəxanaya aparılarkən ölüb
Bakının bu küçəsində avtobus zolağı ləğv edilib
Cəmiyyət 21:30
Bakının bu küçəsində avtobus zolağı ləğv edilib
ÜST Yaxın Şərqdəki gərginliklə bağlı çağırış edib
Cəmiyyət 21:00
ÜST Yaxın Şərqdəki gərginliklə bağlı çağırış edib
Bakıda bayram günlərində 42 ünvanda avtomobil yolları təmir olunacaq
Cəmiyyət 16:22
Bakıda bayram günlərində 42 ünvanda avtomobil yolları təmir olunacaq
Rayonlarda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 15:42
Rayonlarda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol