• $
  • £

Litvada prezident seçkiləri ilə bağlı kampaniya başlayıb

Litvada prezident seçkiləri ilə bağlı kampaniya başlayıb
12.11.2023 11:58

Litvada 2024-cü ilin mayında keçiriləcək prezident seçkiləri ilə bağlı siyasi seçki kampaniyası başlayıb.

Bu barədə Baltik Respublikasının Baş Seçki Komissiyası məlumat yayıb.

"Səsvermə gününə altı ay qalmış siyasi seçki kampaniyasının başlanması rəsmən elan edilir”, - deyə məlumatda bildirilir.

Bu gündən etibarən partiyalar öz namizədlərini Mərkəzi Seçki Komissiyasında qeydə ala bilərlər. Bu eyni zamanda öz namizədliyini irəli sürmək niyyətində olan namizədlərə də aiddir.
Tarixi təyin edən Seymin (parlament) qərarına əsasən, prezident seçkiləri 2024-cü il mayın 12-də keçiriləcək. İkinci tur tələb olunarsa, o, mayın 26-da keçiriləcək.

Dövlət başçısı vəzifəsinə namizəd olmaq niyyətini baş nazir İnqrida Simonyte, silahlı qüvvələrin keçmiş komandanı, ehtiyatda olan general-leytenant Valdas Tutkus, Kazlu şəhərinin meri Ruda Mantas Varaşka, keçmiş səhiyyə naziri Aureliyus Veriqa, tibb professoru Eduardas Vaitkus, ictimai xadim Antanas Kandrotas və NATO baş katibinin keçmiş müavini Giedrimas Jeglinskas bildiriblər. İkinci müddətə namizəd ola biləcək hazırkı prezident Gitanas Nauseda hələ bu məsələ ilə bağlı açıqlama verməyib.









www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Dünya 12:37
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Dünya 09:56
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Dünya 23:00
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
Dünya 21:30
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
SEPAH Trampa xəbərdarlıq edib
Dünya 19:17
SEPAH Trampa xəbərdarlıq edib
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Dünya 19:00
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Putin və Pezeşkian İran-Amerika danışıqlarını müzakirə ediblər
Dünya 17:41
Putin və Pezeşkian İran-Amerika danışıqlarını müzakirə ediblər
На севере Гаити по меньшей мере 30 человек погибли в давке у старинной крепости
Dünya 16:23
На севере Гаити по меньшей мере 30 человек погибли в давке у старинной крепости
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol