• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Aktiv ƏDV ödəyicilərinin sayı artıb

Aktiv ƏDV ödəyicilərinin sayı artıb
13.11.2023 11:19
2023-cü il noyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6.1  faiz artaraq 755.4 min olub. Bu barədə Dövlət Vergi Xidməti məlumatı yayıb.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 12.2 faiz artıb və 44.8 min təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 7.9 faiz artaraq 204.2 minə çatıb.
 
Məlumata görə, bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 2,3 milyona yaxın istifadəçi qeydə alınıb.
 
2022-ci ildə fəaliyyəti aktivləşmiş  hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 16,9 faiz artıb.

Hesabat tarixinə dövlət qeydiyyatında olan kommersiya qurumlarının sayı 166 min təşkil edib, onlardan 104 095-nin fəaliyyəti aktiv olub. Kommersiya hüquqi şəxslərin 90,2 %-i məhdud məsuliyyətli cəmiyyət, 1,3 %-i səhmdar cəmiyyəti, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb.
 
Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
İqtisadiyyat 11:11
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol