• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Azərbaycan və Serbiya energetika sahəsində sənədlər imzalayacaq

Azərbaycan və Serbiya energetika sahəsində  sənədlər imzalayacaq
14.11.2023 11:08
Azərbaycan və Serbiya arasında energetika sahəsində iki mühüm sənədin imzalanması gözlənilir. Bu barədə Report məlumat yayıb.

Məlumata görə, sənədlər Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Serbiyanın dağ-mədən və energetika naziri Dubravka Yedovic Handanoviç arasında Bakıda baş tutacaq görüş çərçivəsində imzalanacaq.

Bunlar, "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Srbijagas” arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu”, həmçinin SOCAR və "Srbijagas” şirkəti arasında qaz satışı müqaviləsidir.

Serbiya və Bolqarıstan arasında yeni təbii qaz interkonnektorunu tikintisinə 2022-ci ilin fevralın 1-də başlanılıb.

Serbiya bu günə qədər layihə üçün 7,5 milyon avro ayırıb. İnterkonnektor Niş şəhərini Bolqarıstanın paytaxtı Sofiya ilə birləşdirəcək, yeni boru kəmərinin layihə gücü ildə 1,8 milyard kubmetr təbii qaz təşkil edəcək.

Yeni qaz kəməri Serbiyanın cari illik ehtiyacı ilə müqayisədə əlavə 80 % ötürmə qabiliyyətini təmin edəcək ki, bu da ildə təxminən 2,4 milyard kubmetr qaz deməkdir. 
 
Azərbaycanla  Serbiya arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub.

İki ölkə arasında ümumilikdə 44 sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır.
 
2021-ci ildə Serbiya Azərbaycanın 71-ci xarici ticarət tərəfdaşı olub. Ötən il ölkələr arasında ticarət dövriyyəsinin həcmi 9,23 milyon dollar, o cümlədən idxalın həcmi 8,04 milyon, ixracın həcmi isə 1,19 milyon ABŞ dolları təşkil edib.

2020-ci illə müqayisədə ötən il Serbiya ilə ticarət dövriyyəsi 1,9 faiz, o cümlədən idxal 2,27 faiz artıb, ixrac isə 0,53 faiz azalıb.

2022-ci ilin yanvar-oktyabrında  Serbiya Azərbaycanın 68-cı xarici ticarət tərəfdaşı olub. Ölkələr arasında ticarət dövriyyəsinin həcmi 9,84 milyon dollar, o cümlədən idxalın həcmi 8,10 milyon dollar, ixracın həcmi 1,74 milyon dollar təşkil edib.

Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən Serbiya investisiyalı 4 şirkət qeydiyyatdan keçib. Azərbaycanın isə "AzVirt” şirkəti Serbiyada yol infrastrukturu layihələri həyata keçirir. Belqradda Serbiya-Azərbaycan Ticarət Palatası fəaliyyət göstərir.

İki ölkə arasında 2018-ci il aprelin 26-da Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, mayın 22-də isə Azərbaycan Dillər Universitetində "Serb dili və Mədəniyyəti Mərkəzi” açılıb.

2020-ci ilin mayında Prezident İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Hökuməti adından COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə Serbiya Respublikasına 400 min manat dəyərində humanitar yardım göndərilib.
 
Aytac Zeynalova
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
İqtisadiyyat 11:32
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol