• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Azərbaycan 9 ayda fındıq ixracından əldə olunan gəlir açıqlanıb

Azərbaycan 9 ayda fındıq ixracından əldə olunan gəlir açıqlanıb
15.11.2023 12:41
2023-cü ilin yanvar-sentyabrında Azərbaycan fındıq ixracından 110 milyon 643 min ABŞ dolları gəlir əldə edib. Bunu Kənd Təsərrüfatı Nazirliyi aparatının rəhbəri Azad Cəfərli deyib.
 
O bildirib ki, ötən il Azərbaycanda qabıqlı fındıq ixracı 2021-ci ilə nisbətən 48,5 %, qabıqsız fındıq ixracı isə 10,2 % çox olub.
 
Həmçinin işğaldan azad olunmuş ərazilərdə aqrar sektor bərpa edilməkdə olduğunu bildirib.
 
"2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-nə qədər yeni ərazilərdə salınan fındıq bağlarının hər hektarına görə 5 min manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur. O cümlədən, yeni salınan intensiv bağlara görə 730 manat, ənənəvi bağlara görə isə 250 manat əkin subsidiyasının verilməsi planlaşdırılır",- nazirlik rəsmini Bakıda keçirilən "Fındıq potensialının artırılması: Məhsuldarlıq, keyfiyyət və ixrac həcminin artırılmasına innovativ yanaşmalar" mövzusunda beynəlxalq konfransda bildirib.
 
Azərbaycan 2023-cü ilin birinci yarısında 11 489,2 ton fındıq ixrac edib ki, bu da 2022-ci ilin ilk altı ayı ilə müqayisədə 18,9% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
 
Aİ ölkələri 2022-ci ildə Azərbaycandan 58,103 milyon avroya (artım 44,5%) 10,061 min ton 2021-ci illə müqayisədə 42,7% artım fındıq idxal edib.

İxrac edilən qabığı soyulmuş fındığın dəyəri 58 milyon 767,17 min dollar (artım 5,7%) qiymətləndirilir.

O cümlədən, yanvar-iyunda Rusiyaya 5 min 267,49 ton (25 milyon 855,17 min dollar), 2,267 min ton (12 milyon 722,37 min dollar), İtaliyaya - 8 milyon 930,24 min dollara 1,585 min ton ixrac olunub.
 
2023-cü ilin birinci yarısında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycandan 25,395 milyon avro dəyərində 4,773 min ton qabığı təmizlənmiş meşə fındığı  idxal edib
 
Azərbaycan dünyada ən böyük fındıq istehsalçısı və ixracatçılarından biridir.

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
İqtisadiyyat 11:32
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol