Azərbaycan fələstinli qaçqınlara dəstək göstərəcək - Prezident

Azərbaycan Fələstindən olan qaçqınlara dəstək göstərməyə davam edəcək. Bunu ölkə Prezidenti İlham Əliyev deyib.
"Azərbaycan Fələstin problemi ilə bağlı hər zaman həmrəylik nümayiş etdirib və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq onun iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Ölkəmiz BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə dəstəyini davam etdirəcək", - bu barədə Prezidentin rəsmi saytında Prezidentin Fələstinin lideri Mahmud Abbasa Fələstinin Müstəqillik Günü ilə bağlı göndərilən təbrikində qeyd olunub.
Prezident əlavə edib ki, Fələstində məktəb tikintisi məsələsi də gündəmdədir.
Oktyabrın 7-də HƏMAS-la İsrail arasında vəziyyət gərginləşib. Son məlumata görə, Qəzza zolağında ölənlərin sayı 11 min 180-ə çatıb. İsrail mətbuatı məlumat yayaraq ölənlərin sayının 1200-ü keçdiyini qeyd edib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər