• $ 1.7
  • € 1.9832
  • ₽ 0.021692
  • ₺ 0.0394
  • £ 2.2905

Ceyhun Bayramov Malayziyanın yeni səfiri ilə görüşüb

Ceyhun Bayramov Malayziyanın yeni səfiri ilə görüşüb
16.11.2023 18:53
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın Azərbaycan Respublikasındakı yeni təyin edilmiş səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanı qəbul edib.

Nazirlikdən verilən xəbərə görə, səfir Ahmad Kamrizamil Bin Mohd Rza ilk növbədə, etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov səfir Ahmad Kamrizamil Bin Mohd Rzanı təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Malayziya arasında əməkdaşlıq məsələləri, ikitərəfli əlaqələrin, o cümlədən turizm və təhsil sahəsində birgə səylərin inkişaf etdirilməsi perspektivləri, habelə cari regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov ərazilərimizin 30 ilə yaxın müddətdə işğalı, post-münaqişə dövründə normallaşma prosesi barədə qarşı tərəfi məlumatlandırıb.

Səfir Ahmad Kamrizamil Bin Mohd Rza səmimi qəbula görə təşəkkür edib, fəaliyyəti müddətində Azərbaycan və Malayziya arasında münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Siyasət 10:49
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
ABŞ-ın Bakıdakı səfirliyi vətədaşlarını İranı tərk etməyə çağırıb
Siyasət 10:31
ABŞ-ın Bakıdakı səfirliyi vətədaşlarını İranı tərk etməyə çağırıb
Azərbaycan dezinformasiya yayan erməni hesablarını aşkar edib
Siyasət 09:15
Azərbaycan dezinformasiya yayan erməni hesablarını aşkar edib
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb
Siyasət 18:30
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb
XİN: TRIPP sənədi razılaşmaların icrasına keçid üçün əsas yaradır
Siyasət 17:52
XİN: TRIPP sənədi razılaşmaların icrasına keçid üçün əsas yaradır
Prezident sərəncam imzalayıb
Siyasət 17:02
Prezident sərəncam imzalayıb
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Siyasət 16:06
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Hikmət Hacıyev Qazaxıstan səfiri ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15:27
Hikmət Hacıyev Qazaxıstan səfiri ilə əməkdaşlığı müzakirə edib
Mirzoyan: Türkiyə və Rusiya TRIPP layihəsinin bir hissəsi deyil
Siyasət 13:52
Mirzoyan: Türkiyə və Rusiya TRIPP layihəsinin bir hissəsi deyil
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol