• $
  • £

Ceyhun Bayramov Malayziyanın yeni səfiri ilə görüşüb

Ceyhun Bayramov Malayziyanın yeni səfiri ilə görüşüb
16.11.2023 18:53
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın Azərbaycan Respublikasındakı yeni təyin edilmiş səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanı qəbul edib.

Nazirlikdən verilən xəbərə görə, səfir Ahmad Kamrizamil Bin Mohd Rza ilk növbədə, etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov səfir Ahmad Kamrizamil Bin Mohd Rzanı təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Malayziya arasında əməkdaşlıq məsələləri, ikitərəfli əlaqələrin, o cümlədən turizm və təhsil sahəsində birgə səylərin inkişaf etdirilməsi perspektivləri, habelə cari regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov ərazilərimizin 30 ilə yaxın müddətdə işğalı, post-münaqişə dövründə normallaşma prosesi barədə qarşı tərəfi məlumatlandırıb.

Səfir Ahmad Kamrizamil Bin Mohd Rza səmimi qəbula görə təşəkkür edib, fəaliyyəti müddətində Azərbaycan və Malayziya arasında münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan ehtiyacı olan ölkələrə humanitar dəstəyi davam etdirir - XİN
Siyasət 18:11
Azərbaycan ehtiyacı olan ölkələrə humanitar dəstəyi davam etdirir - XİN
Solovyov Azərbaycan XİN rəhbərinin Kiyevə səfərindən hiddətlənib
Siyasət 10:27
Solovyov Azərbaycan XİN rəhbərinin Kiyevə səfərindən hiddətlənib
Yuşşenko İlham Əliyevə təşəkkür edib
Siyasət 19:27
Yuşşenko İlham Əliyevə təşəkkür edib
Azərbaycanda qurum hesablarına kiberhücumlar qeydə alınıb — CERT
Siyasət 17:51
Azərbaycanda qurum hesablarına kiberhücumlar qeydə alınıb — CERT
Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Siyasət 15:57
Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
XİN Prezidentə qarşı ifadələrə görə Rusiyaya etiraz edib
Siyasət 13:24
XİN Prezidentə qarşı ifadələrə görə Rusiyaya etiraz edib
Ərdoğan Trampı İranla diplomatiyanı davam etdirməyə çağırıb
Siyasət 10:06
Ərdoğan Trampı İranla diplomatiyanı davam etdirməyə çağırıb
Azərbaycan sərhədçiləri peşə bayramını qeyd edir
Siyasət 09:00
Azərbaycan sərhədçiləri peşə bayramını qeyd edir
Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edilib
Siyasət 12:43
Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol