• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

Dünyada qızılcaya yoluxma halları artıb - ÜST

Dünyada qızılcaya yoluxma halları artıb - ÜST
17.11.2023 16:58
2022-ci dünyada qızılca xəstəliyindən ölənlərin sayı 136 minə çatıb ki, bu da 2021-ci illə müqayisədə 43% çoxdur. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesabat yayıb.
 

"2022-ci ildə qlobal miqyasda 9 milyona yaxın insan qızılcaya yoluxub, 136 000 insan isə ölüb. Xəstəliyə yoluxma halları 2021-ci ilə müqayisədə 18%, ölüm halları isə 43% artıb. İri miqyaslı epidemiyalar 37 ölkədə qeydə alınıb, bu da 2021-ci illə müqayisədə çoxdur.  2021-ci ildə 33 milyon uşaq qızılcaya qarşı peyvənddən yayınıb. Yoluxanların çox hissəsini uşaqlar təşkil edir”, - bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) yeni hesabatında bildirilib.
 
Yoluxmanın əsas səbəbi qızılcaya qarşı peyvəndlərin əhatə dairəsinin aşağı düşməsi göstərilib.
 
CDC-nin Qlobal İmmunlaşdırma Departamentinin direktoru John Vertefeuille bütün icmaların risk altında olduğunu bildirib.

"Qızılca xəstəliyinin yayılması və ölüm hallarının artması heyrətamizdir, lakin gözlənilməz hadisə olmadı. Peyvədlənmənin aparılmadığı hər yer, icmalar risk altındadır. Qızılca xəstəliyinin və ölüm hallarının qarşısını almaq üçün təcili, məqsədyönlü səylər vacibdir”, - o vurğulayıb.

Oktyabrın 17-də Səhiyyə Nazirliyi 2014-cü ildən bu yana Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yerli yoluxma halları baş vermədiyinə görə ÜST-ün infeksiyaların ləğv edildiyi ölkələr siyahısına daxil edildiyini qeyd edib.
 
Səhiyyə Nazirliyinin sentyabrda açıqladığı məlumatda ölkədə qızılcaya yoluxanların sayı 24 olduğu açıqlanıb. 
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail BMT-yə irad bildirib
Dünya 13:47
İsrail BMT-yə irad bildirib
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Dünya 23:32
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Polşa səmasında daha bir PUA vurulub
Dünya 23:08
Polşa səmasında daha bir PUA vurulub
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Dünya 22:24
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Quterreş Trampla görüşəcək
Dünya 21:05
Quterreş Trampla görüşəcək
Rusiya səfiri Norveç XİN- ə çağırılıb
Dünya 20:45
Rusiya səfiri Norveç XİN- ə çağırılıb
Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb
Dünya 13:53
Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb
İsrail Qətərlə bağlı addımlarında çox ehtiyatlı olmalıdır -Tramp
Dünya 09:25
İsrail Qətərlə bağlı addımlarında çox ehtiyatlı olmalıdır -Tramp
Rumıniya Rusiyanın səfirini dron insidenti ilə bağlı XİN-ə çağırıb
Dünya 08:25
Rumıniya Rusiyanın səfirini dron insidenti ilə bağlı XİN-ə çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol