• $
  • £

Mingəçevirdə hepatitə yoluxan uşaqlara görə dezinfeksiya tədbirləri həyata keçirilib

Mingəçevirdə hepatitə yoluxan uşaqlara görə dezinfeksiya tədbirləri həyata keçirilib
17.11.2023 16:16
Mingəçevir şəhərində uşaqlar arasında tək-tək hallarda Hepatit A xəstəliyi qeydə alınıb. Bununla əlaqədar, şəhər GEM-i tərəfindən epidemioloji araşdırma aparılıb, xəstələrin hospitalizasiyası təmin edilib. Bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, ocaqlarda dezinfeksiya tədbirləri həyata keçirilib.

"İnfeksiya baş verən ərazidə su təchizatı və kanalizasiya sistemlərinin vəziyyəti yoxlanılıb, laborator müayinə üçün su nümunələri götürülüb.

Hepatit A virusuna yoluxma fekal-oral, çirklənmiş su və qida ilə, bəzən isə, məişət- təmas yolu ilə baş verir. Xəstəlikdən qorunmaq üçün əsasən şəxsi gigiyena qaydalarına riayət və keyfiyyətli içməli sudan istifadə edilməlidir", - deyə əlavə edilib.

Son bir həftə ərzində 6 nəfər (4-ü oğlan, 2-si qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.

Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub və müalicələri davam etdirilir.

Müraciət edən azyaşlı xəstələrin 1-nin vəziyyəti ağır, 5-nin isə stabil olaraq qiymətləndirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlk olaraq bu evlərə çıxarışlar veriləcək
Cəmiyyət 13:41
İlk olaraq bu evlərə çıxarışlar veriləcək
Nazir müavini Keşləyə gedib
Cəmiyyət 13:31
Nazir müavini Keşləyə gedib
Bakıda yağış yağacaq, külək güclənəcək -PROQNOZ
Cəmiyyət 13:17
Bakıda yağış yağacaq, külək güclənəcək -PROQNOZ
Eldar Əzizov Keşləyə gedib
Cəmiyyət 12:54
Eldar Əzizov Keşləyə gedib
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
Cəmiyyət 12:45
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilir
Cəmiyyət 12:27
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilir
Gəncədə xəstəxanada sistem köçürülən 1 yaşlı körpə ölüb
Cəmiyyət 12:00
Gəncədə xəstəxanada sistem köçürülən 1 yaşlı körpə ölüb
Keşlədə evləri su basıb, insanlar təxliyə edilir - Video
Cəmiyyət 11:26
Keşlədə evləri su basıb, insanlar təxliyə edilir - Video
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:10
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol