• $
  • £

Görüş haqqında hələlik razılıq əldə olunmayıb

Görüş haqqında hələlik razılıq əldə olunmayıb
17.11.2023 16:49
Ermənistanla Azərbaycanın Rusiyanın təklifinə cavab olaraq görüşməsi ilə bağlı hələlik razılaşma yoxdur. Bunu İrəvanın Rusiyadakı səfiri   Vaqarşak Arutyunyan İnterfaksa müsahibəsində deyib. 
 
"Müxtəlif təkliflər, müzakirələr var, amma hələlik konkret razılaşma yoxdur. Çünki iş qrafiki ilə bağlı çətinliklər yaranır. Ona görə də burada heç bir problem yoxdur, sadəcə, texniki razılıq var. Ermənistan tərəfi heç bir təklifdən imtina etmir. Hazırda iş gedir. ”, -  Arutyunyan Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun kənarında agentliyin müvafiq sualını cavablandırarkən bildirib.
 

Oktyabrın 14-də Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial hesabında yazıb ki, Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını iki aydan artıqdır ki gecikdirir.
 
Oktyabrın 26-da Nikol Paşinyan mətbuata açıqlamasında vurğuayıb ki, yaxın aylarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər.
 
Oktyabrın 25-də Avropa İttifaqının rəsmisi ayın sonunda Brüsseldə Azərbaycanla Ermənistanın liderlərinin keçiriləcəyi görüşün təxirə düşdüyünü açıqlayıb. 
 
Oktyabrın 10-da Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlaması üçün tarixi şərait yaranıb. 
 
Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi üçün razılığı olduğunu qeyd edib. 
 
Bundan əvvəl Rusiya prezidenti Putin də açıqlamasında bildirib ki, Moskva iki ölkənin sülh müqaviləsinin imzalanması üçün dəsətək göstərməyə hazırdır. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib. 
 
Azərbaycan tərəfi sonuncu dəfə sülh sənədini Ermənistana göndərib. Ermənistan tərəfi həmin sənəd üzərində işlədiyini vurğulayıb. 
 
Sentyabrın 28-də Qarabağın separatçı rəhbəri Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən qondarma rejimin ləğv olunması ilə bağlı qərar qəbul edib. 
 
Gülnar Nazimqızı 

 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naxçıvanla nəqliyyat əlaqəsinin təmin olunması üçün Bakı-İğdır-Bakı marşrutu üzrə reyslər təşkil olunub
Cəmiyyət 23:28
Naxçıvanla nəqliyyat əlaqəsinin təmin olunması üçün Bakı-İğdır-Bakı marşrutu üzrə reyslər təşkil olunub
Naxçıvana dron hücumunda xəsarət alanlardan üçü evə buraxılıb
Cəmiyyət 22:09
Naxçıvana dron hücumunda xəsarət alanlardan üçü evə buraxılıb
Ramazanın 16-cı gününün duası - İftar və imsak vaxtları
Cəmiyyət 20:56
Ramazanın 16-cı gününün duası - İftar və imsak vaxtları
Mənzillərə oğurluq məqsədilə daxil olmağa cəhd edən şəxs saxlanılıb - Video
Cəmiyyət 20:53
Mənzillərə oğurluq məqsədilə daxil olmağa cəhd edən şəxs saxlanılıb - Video
Şahin Şıxlinski və Səfərov qardaşlarına hökm oxunub
Cəmiyyət 19:57
Şahin Şıxlinski və Səfərov qardaşlarına hökm oxunub
Azərbaycan İranla sərhəddə yük avtomobillərinin hərəkətini dayandırıb
Cəmiyyət 19:10
Azərbaycan İranla sərhəddə yük avtomobillərinin hərəkətini dayandırıb
İtaliya diplomatları İrandan təxliyə olunub
Cəmiyyət 18:56
İtaliya diplomatları İrandan təxliyə olunub
Masallı və Ağsuda heyvan bazarları açılıb
Cəmiyyət 18:54
Masallı və Ağsuda heyvan bazarları açılıb
Abşeron rayonunun bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 17:54
Abşeron rayonunun bəzi ərazilərində qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol