Aşqabadda Azərbaycan-Türkmənistan biznes forumu və Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Bu il noyabrın 27-28-də Aşqabadda Azərbaycan-Türkmənistan biznes forumu və Hökumətlərarası Komissiyanın yeddinci iclası keçiriləcək.
Bu barədə Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri Batır Atdayev Nazirlər Kabinetinin iclasında deyib.
Onun sözlərinə görə, konfransda neft-qaz sənayesi, toxuculuq sektoru, kənd təsərrüfatı və qida məhsullarının istehsalı, tikinti və tikinti materiallarının istehsalı, əczaçılıq, nəqliyyat-logistika sahəsində, informasiya texnologiyaları sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər