• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Azercell elektron və audio kitablarla IX Bakı Beynəlxalq Kitab Sərgisində çıxış etdi

Azercell elektron və audio kitablarla IX Bakı Beynəlxalq Kitab Sərgisində çıxış etdi
17.11.2023 10:26
Lider mobil operator mütaliə mədəniyyətinin inkişafına dəstək olmaq məqsədilə sərgidə rəqəmsal kitabxanası ilə çıxış etdi


Azercell Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin sponsoru qismində çıxış etdi. Şirkət rəqəmsal kitabxanasını rəsmi tərəfdaşı olduğu və yerli bazarda eksklüziv endirimli tariflərlə təqdim etdiyi "Litres” və "Bookmate” mobil tətbiqləri ilə sərgilədi. Azercell innovativ tendensiya və xidmətləri ölkəmizə gətirməklə yanaşı, Azərbaycan ədəbiyyatının və mütaliə mədəniyyətinin təbliğatı naminə rəqəmsal kitabxana çərçivəsində elektron, audio kitabları, podkastları və digər formatlarda məzmunu dörd xarici dildə beynəlxalq platformalar vasitəsilə oxuculara təqdim etdi.  

Sərginin açılış günündə iştirak edən Mədəniyyət və Turizm naziri cənab Adil Kərimli başda olmaqla, sərginin rəsmi qonaqları Azercell-in audio və elektron kitab layihələri ilə yaxından tanış olub, Azərbaycanda elektron kitaboxuma imkanının mövcudluğunu təqdirəlayiq hal kimi qiymətləndirdilər.
 
"Azercell Telekom” MMC-nin Tərəfdaşlarla Münasibətlər şöbəsinin direktoru Nigar Şıxlinskaya qonaqlara şirkətin mədəni layihələri davamlı şəkildə dəstəklənəcəyini vurğuladı: ”Biz korporativ sosial məsuliyyət prinsiplərimizə sadiq qalaraq, sosial layihələrə, xüsusilə də texnoloji imkanlar vasitəsilə insan həyatının keyfiyyətinin artırılmasına və Azərbaycan mədəniyyətinin tanıdılmasına xidmət edən layihələr həyata keçiririk. Elektron kitabxana layihəmizin məqsədi də Azərbaycan ədəbiyyatının dünyanın istənilən nöqtəsində əlçatanlığını təmin etmək, Azərbaycan dilində keyfiyyətli məzmun yaratmaq, doğma yazıçılarımızı dünya səviyyəsində tanıtmaq məqsədi daşıyır. Tezliklə isə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyimiz audiokitab layihəmizin növbəti toplusunu təqdim edəcəyik”.

Azercell sərgidə iştirak edən yeganə mobil operator oldu. 











www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misir Mərdanov AMEA-dakı vəzifəsindən uzaqlaşdırılıb
Cəmiyyət 21:24
Misir Mərdanov AMEA-dakı vəzifəsindən uzaqlaşdırılıb
Yollar buz bağlayacaq
Cəmiyyət 18:30
Yollar buz bağlayacaq
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar
Cəmiyyət 16:28
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Cəmiyyət 15:48
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
Cəmiyyət 15:05
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 14:59
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 13:52
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Zığ dairəsi-hava limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 11:59
Zığ dairəsi-hava limanı yolunda sürət həddi endirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol