• $ 1.7
  • € 1.9983
  • ₽ 0.022141
  • ₺ 0.0388
  • £ 2.2849

Son bir həftə ərzində 21 nəfər koronavirusa yoluxub

Son bir həftə ərzində 21 nəfər koronavirusa yoluxub
20.11.2023 14:33
Azərbaycanda son 1 həftə ərzində (6 noyabr - 12 noyabr) koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
 
Bildirilir ki, COVID-19-a yoluxan 13 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 6 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 834 135 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 729 nəfər müalicə olunaraq sağalıb, hazırda 39 aktiv xəstə var. Bu günə qədər 10 367 nəfər vəfat edib.
 
Azərbaycanda xüsusi karantin rejimi oktaybrın 2-dən yanvarın 2-dək uzadılıb. 
 
Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVİD-19 pandemiyasının bitdiyini elan edib.

COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin martından etibarən tətbiq edilir.

Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhədlər 3 ildir ki, bağlıdır.
 
27 fevral 2020-ci il tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb.
 
Gülnar 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kamran Əliyev Gürcüstana səfərə gedib
Cəmiyyət 18:09
Kamran Əliyev Gürcüstana səfərə gedib
Müşfiq Abbasov həbs edildi
Cəmiyyət 18:05
Müşfiq Abbasov həbs edildi
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib
Cəmiyyət 17:13
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib
Hazırda həbsdə olan necə məhkum işlə təmin olunub? - Rəsmi
Cəmiyyət 16:51
Hazırda həbsdə olan necə məhkum işlə təmin olunub? - Rəsmi
Naxçıvanda icbari tibbi sığorta agentliyinin sədri vəzifədən azad edilib
Cəmiyyət 16:20
Naxçıvanda icbari tibbi sığorta agentliyinin sədri vəzifədən azad edilib
Ötən il bankların kredit porfeli nə qədər olub?
Cəmiyyət 15:54
Ötən il bankların kredit porfeli nə qədər olub?
Azərbaycanda çay idxal azalıb
Cəmiyyət 15:30
Azərbaycanda çay idxal azalıb
Ötən il həbsdən azad olunan mindən çox vətəndaş işlə təmin olunub - RƏSMİ
Cəmiyyət 15:20
Ötən il həbsdən azad olunan mindən çox vətəndaş işlə təmin olunub - RƏSMİ
BilBacar müsabiqəsinin III yarış mərhələsinə start verilib
Cəmiyyət 15:07
BilBacar müsabiqəsinin III yarış mərhələsinə start verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol