• $
  • £

Bir neçə rayonda vətəndaşlardan odlu silahlar götürülüb

Bir neçə rayonda vətəndaşlardan odlu silahlar götürülüb
20.11.2023 19:37
Polis əməkdaşları tərəfindən İsmayıllı, Mingəçevir və Ağdaşda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi, eləcə də saxlanılması qaydalarının pozulmasının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakini müvafiq sənədləri olmadan saxladığı 2 ov tüfəngini könüllü olaraq polisə təhvil verib. Həmçinin, keçirilən tədbirlərlə rayon ərazisində qanunsuz ov edən şəxs müəyyən edilib. Ondan da ov zamanı istifadə etdiyi tüfəng götürülüb.

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər sakinindən qanunsuz olaraq saxladığı ov tüfəngi götürülərək aidiyyəti üzrə təhvil verilib.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı isə mülki silahın saxlanılması qaydalarını pozan rayon sakini müəyyən edilib. Həmin şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qusarda sel aparan şəxsin meyiti tapılıb
Cəmiyyət 16:11
Qusarda sel aparan şəxsin meyiti tapılıb
53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Cəmiyyət 14:59
53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Nazir Badamdarda sürüşmə sahəsinə gedib
Cəmiyyət 14:44
Nazir Badamdarda sürüşmə sahəsinə gedib
İlk olaraq bu evlərə çıxarışlar veriləcək
Cəmiyyət 13:41
İlk olaraq bu evlərə çıxarışlar veriləcək
Nazir müavini Keşləyə gedib
Cəmiyyət 13:31
Nazir müavini Keşləyə gedib
Bakıda yağış yağacaq, külək güclənəcək -PROQNOZ
Cəmiyyət 13:17
Bakıda yağış yağacaq, külək güclənəcək -PROQNOZ
Eldar Əzizov Keşləyə gedib
Cəmiyyət 12:54
Eldar Əzizov Keşləyə gedib
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
Cəmiyyət 12:45
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilir
Cəmiyyət 12:27
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol