• $
  • £

Qazaxıstan prezidenti Azərbaycana səfər edəcək- GÖZLƏNTİLƏR

Qazaxıstan prezidenti Azərbaycana səfər edəcək- GÖZLƏNTİLƏR
21.11.2023 11:13
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın 24-də Azərbaycana işgüzar səfərə gələcək. Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Qazaxıstan dövlət başçısı BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək sammitində iştirak edəcək.
 
Politoloq Tural İsmayılov bildirir ki, Qazaxıstanın Azərbaycana səfəri regional əməkdaşlığın yeni prinsiplərini müəyyənləşdirmək baxımından vacib əhəmiyyətə malikdir.
 
"Azərbaycanla Qazaxıstan bir çox sahələrdə əməkdaşlıq edir. Xüsusilə Azərbaycan və Qazaxıstan əlaqələri təkcə iki dövlət konekstində nəzərdən keçirilməməlidir. Bu gün istər, Türk dövlətləri təşkilatı nəzdində, istərsə də bir sıra beynəlxalq təşkilatlarda Azərbaycanla Qazaxıstanın yaxşı yoldaşlıq və dostluq münasibəti var. Biz görürük ki, Azərbaycanla Qazaxıstan arasındakı münasibətlər müxtəlif platformalarda uğurla davam edir. Dəfələrlə Azərbaycan rəhbərinin Qazaxıstana, Qazaxıstan prezidentinin Azərbaycana səfərləri olub. Bu kontekstdə yeni səfər regional əməkdaşlığın yeni prinsiplərini müəyyənləşdirmək baxımından vacib əhəmiyyətə malikdir”, - İsmayılov əlavə edib.
 
Onun sözlərinə görə, yeni səfər həm Xəzər dənizində ortaq layihələri həyata keçirmək, həm də əməkdaşlığın yeni perspektivlərini müəyyənləşdirmək üçün vacibdir.
 
"Hesab edirəm ki, türk dövlətləri təşkilatının sonuncu zirvə görüşündə də bir sıra vacib məqamlara toxunulub. Hər halda görüşdə Azərbaycan və Qazaxıstan arasında Qazaxıstan rəhbərinin səfəri müzakirə edilib, razılıq əldə olunub. Bu əlbəttə ki, həm Xəzər dənizində ortaq layihələri həyata keçirmək, həm də Qazaxıstanla Azərbaycan arasında əməkdaşlığın yeni perspektivlərini müəyyənləşdirmək üçün vacibdir. Çünki, bu gün Azərbaycanın alternativ və bərpa olunan enerji resurslarına Qərbdən və Ərəb dünyasından böyük maraq var. Qazaxıstanın təbii sərvətlərinə, Uran ehtiyyatlarına Fransa timsalında Qərbin geniş maraq göstərdiyini müşahidə edirik. Bu kontekstdə iqtisadi əməkdaşlığı növbəti çaları formalaşa bilər, Azərbaycan və Qazaxıstanın iştirak edəcəyi yeni ortaq layihələrin imzalanması məsələsi nəzərdən keçirilə bilər. Mən Qazaxıstan prezidentinin bu səfərində enerji və iqtisadiyyat məsələlərinin daha çox müzakirə ediləcəyini düşünürəm”, - politoloq vurğulayıb.
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Siyasət 00:20
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Siyasət 22:30
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Siyasət 21:38
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Mirziyoyev Prezidentə zəng etdi
Siyasət 21:10
Mirziyoyev Prezidentə zəng etdi
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Siyasət 20:19
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Siyasət 19:40
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol