• $
  • £

Qəzzada ölənlərin sayı açıqlanıb

Qəzzada ölənlərin sayı açıqlanıb
21.11.2023 11:49
Qəzzada ölənlərin sayı 13 300 nəfərə yüksəlib. Bu barədə Qəzza Səhiyyə Nazirliyi açıqlama yayıb.
 

Bildirilir ki, ölənlərdən 5600-ü uşaq, 3550-i qadındır.
 
İsrail ordusu Qəzzada baş verən qarşıdurmalarda ölən İsrail əsgərlərinin sayı 65-ə yüksəldiyini açıqlayıb.
 
Bundan öncə Fələstinin WAFA xəbər agentliyi xəbər verərək İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 47 fələstinlini nəzarətə götürüldüyünü açıqlayıb.
 
Fələstinli Məhbuslar Dərnəyi oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində İsrail qüvvələri tərəfindən nəzarətə alınan fələstinlilərin sayının 2920-yə yüksəldiyini qeyd edib.
 
Anklav hökuməti mətbuat xidməti Fələstin-İsrail müharibəsi başlayandan Qəzza zolağının 13 mindən çox sakinin həlak olduğunu bildirib.

Fələstinli Məhbuslar Dərnəyi və Fələstinli Əsirlər və Azad Edilənlər Təşkilatının bəyanatına görə, İsrail ordusu və mülki yəhudi işğalçılarının son 40 gündə 197 fələstinlini qətlə yetirib, İordan çayının qərb sahili və Qüdsdə 2735 nəfəri saxlayıb.
 
Fələstin dövlət xəbər agentliyinin məlumatına görə, İsrailin Qəzzanın mərkəzindəki məscidə təşkil etdiyi hava hücumunda 50 nəfər ölüb.

Qəssam Briqadaları "Telegram” səhifəsində açıqlama verərək Qəzzanın şimal-qərbində iki İsrail hərbi maşınının "Yasin-105” tank əleyhinə raketlərlə məhv edildiyi iddia ediblər.

Fələstin Jurnalistlər Birliyi "Facebook” səhifəsində Qəzza zolağında İsrailin hücumları nəticəsində həyatını itirən media mənsublarının sayı 60-a yüksəldiyini deyib.

Oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
 
Aygün Mirakif
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Dünya 12:37
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Dünya 09:56
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Dünya 23:00
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
Dünya 21:30
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
SEPAH Trampa xəbərdarlıq edib
Dünya 19:17
SEPAH Trampa xəbərdarlıq edib
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Dünya 19:00
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Putin və Pezeşkian İran-Amerika danışıqlarını müzakirə ediblər
Dünya 17:41
Putin və Pezeşkian İran-Amerika danışıqlarını müzakirə ediblər
На севере Гаити по меньшей мере 30 человек погибли в давке у старинной крепости
Dünya 16:23
На севере Гаити по меньшей мере 30 человек погибли в давке у старинной крепости
Pakistan İran və ABŞ-a Hörmüzdə birgə patrul xidməti təklif edib
Dünya 09:15
Pakistan İran və ABŞ-a Hörmüzdə birgə patrul xidməti təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol