• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Unibankın yeni filialı açılıb

Unibankın yeni filialı açılıb
21.11.2023 14:38
Unibank yeni filialını müştərilərin istifadəsinə verib. "Sədərək” Ticarət Mərkəzində yerləşən Unibank Biznes Mərkəzi müştərilərə bütün bank xidmətlərini göstərir. Filial əsasən "Sədərək” və "Binə” Ticarət Mərkəzlərində yerləşən göstərən sahibkarların biznesinə dəstək məqsədilə fəaliyyətə başlasa da, ətraf ərazilərdə yaşayan biznes sahibləri və fiziki şəxslər də filialın xidmətlərindən faydalana bilər. Biznes Mərkəzi müştərilərə kassa hesablaşma əməliyyatları, biznes və pərakəndə kreditlərin ayrılması, əmanət qoyuluşu, plastik kartların verilməsi, nağd valyuta əməliyyatları və digər bank xidmətləri göstərir. 

Filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Yeni konseptə uyğun olaraq, filialın qarşısında 24/7 müştərilərin xidmətində olan UTM və ödəmə terminalları quraşdırılıb. Bu avadanlıqlar müştərilərə günün istənilən vaxtı mədaxil-məxaric, ödəmə əməliyyatlarından çox rahat şəkildə istifadə imkanı yaradır

Yüksək səviyyəli xidmətdən və keyfiyyətli bank məhsullarından faydalanmaq istəyənlər həftənin beş günü "Unibank”ın  "Sədərək” TM-də yerləşən filialına müraciət edə bilər.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. "Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir.  Bankın paytaxt və bölgələrdə yerləşən bəzi filiaları şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir.

Unibank-Sənin Bankın!



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
İqtisadiyyat 11:32
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol