• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

OPEC+ görüşünün vaxtının dəyişdirilməsi bazarda volatilliyi artıracaq

OPEC+ görüşünün vaxtının dəyişdirilməsi bazarda volatilliyi artıracaq
23.11.2023 16:59
OPEC+ iclasının 27 noyabrdan 30 noyabra dəyişdirilməsi opsion müqavilələrində milyonlarla barel neftə təsir göstərə bilər. Bu barədə Bloomberg məlumat yayıb.

Nəşrin məlumatına görə, Brent neftinin tədarükü üzrə yanvar müqavilələrinə təxminən 646 milyon barel daxildir, baxmayaraq ki, onların yalnız bir hissəsi kartelin qərarlarına potensial olaraq ciddi reaksiya verəcək.

ABŞ bazarında təxminən 11 min dizel və bir neçə yüz benzin variantı da söz mövzusudur.

Mövqelər bir aydan digərinə düzəliş edildikdə, tarix dəyişikliyi əlavə qiymət dəyişkənliyi ilə nəticələnə bilər. Ən aktiv satılan beş müqavilədən dördü hazırda fevral ayındadır. Nəşr qeyd edib ki, OPEC+-ın belə qərarı möhtəkirlərin təsirindən qaçmaq istəyi ilə bağlı ola bilər.

Bir gün əvvəl  OPEC+ toplantısının təxirə salınması xəbərindən sonra neftin qiyməti aşağı düşdü.

Neft İxrac Edən Ölkələr Təşkilatı və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub.

Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (19751994), Anqola (2007) və Ekvatorial Qvineya (2017) qoşulub.

Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir. Hazırda OPEC-in 13 üzvü var. (Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela).

Qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla "OPEC plus” formatında sıx əməkdaşlıq edir. "OPEC plus” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
İqtisadiyyat 11:32
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol