• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Qəzzada ölənlərin sayı açıqlanıb

Qəzzada ölənlərin sayı açıqlanıb
24.11.2023 14:11
Qəzza ölənlərin sayı 14 min 854-ə çatıb. Bu barədə Qəzza zolağındakı hökumətin Media Ofisindən yazılı açıqlama verilib.
 
"İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 6 min 150-dən çoxu uşaq, 4 mindən çoxu qadındır. Hücumlarda yaralananların sayı 36 mini keçib ki, onların da 75 faizi qadın və uşaqlardır. İsrail Qəzzada fələstinli ailələrə qarşı 1400-dən çox qırğın törədib.
İsrailin hücumları zamanı cəsədləri dağılmış binaların dağıntıları altında və ya küçələrdə qalan 7 minə yaxın insan, o cümlədən 4 min 700-dən çox qadın və uşaq itkin düşüb", - açıqlamada bildirilib.
 
Qətər Xarici İşlər Nazirliyi İsrail və Fələstin arasında bu gün atəşkəsin başlayacağın açıqlayıb.
 
Girovların 13 nəfərdən ibarət ilk qrupu saat 18:00-da azad ediləcək. HƏMAS-ın saxladığı 50 israilli məhbusun qarşılığında İsrail həbsxanalarında olan 150 fələstinli azad ediləcək. Humanitar fasiləyə yardımın Rəfah Sərhəd Qapısı vasitəsilə Qəzzaya daxil olmasına icazə veriləcə. 

Ntv atəşkəsin başlaması ardından İsrail ordusunun Qəzzanın şimalına keçmək istəyənlərə atəş açdığını və çoxlu sayda yaralının olduğu bildirib.

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) verdiyi bəyanatda noyabrın 21-dən etibarən köçkün vəziyyətinə düşmüş 1 milyon 37 min fələstinlinin şimal bölgəsi də daxil olmaqla Qəzza zolağı boyunca UNRWA-ya aid 156 obyektə sığındığını bildirib. Qəzza zolağının mərkəzi hissələri və cənubda UNRWA-ya aid 99 obyektində təxminən 877 min köçkünün qaldığı vurğulanıb.
 
İsrail ordusu oktyabrın 27-dən bəri Qəzzada ölən İsrail əsgərlərinin sayı 69-a çatdığını açıqlayıb.
 
Qarşıdurmalar başlayan gündən Qəzzada 62, Livanda isə 3 jurnalist həyatını itirib.
 
İsrailin Xan Yunis, Deyr əl-Bələ və Cibaliya bölgələrinin bombalanması nəticəsində aralarında uşaq və qadınların da olduğu 44 nəfər ölüb, onlarla insan yaralandığı bildirilir.
 
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, Xan Yunis Qaçqınlar Düşərgəsinin qərbində yerləşən Həmed şəhərində binaya edilən hava hücumu nəticəsində ən azı 15 nəfər ölüb, əksəriyyəti uşaq və qadınlardan ibarət 25 nəfər yaralanıb. Qəzzanın mərkəzi hissəsindəki Deyr əl-Belah bölgəsində Əbu Şammas ailəsinin evinin bombalanması nəticəsində 24 nəfər həyatını itirib, 20 nəfər sağ qalıb.
 
Qəzzanın şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsinə edilən hava hücumunda 3-ü axtarış-xilasetmə qrupundan 5 nəfər həyatını itirib. 
 
Hökumətin Qəzza zolağında verdiyi açıqlamada, hücumlarda indiyə qədər həyatını itirənlərin sayının 14 min 128-ə yüksəldiyi, yaralananların sayının isə 33 mini keçdiyi qeyd olunub.
 
İsrailin 7 oktyabrdan bəri davam edən hücumlarında Qəzza zolağında 44 min evin dağıldığı, 230 min evin zərər gördüyü, evlərin 60 faizinin yaşayış üçün yararsız hala düşdüyü söylənib.
 
Qəzza zolağında 26 xəstəxana və 55 sağlamlıq mərkəzinin xidmətdən çıxdığı bildirilib.
 
Qəssam Briqadaları "Telegram” səhifəsində açıqlama verərək Qəzzanın şimal-qərbində iki İsrail hərbi maşınının "Yasin-105” tank əleyhinə raketlərlə məhv edildiyi iddia ediblər.

Oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Barbok Ukrayna ilə bağlı çağırış etdi
Dünya 20:30
Barbok Ukrayna ilə bağlı çağırış etdi
Kiyevdə etiraz aksiyası keçirilib
Dünya 19:31
Kiyevdə etiraz aksiyası keçirilib
Hakan Fidan Sergey Lavrovla Ukrayna məsələsini müzakirə edib
Dünya 19:00
Hakan Fidan Sergey Lavrovla Ukrayna məsələsini müzakirə edib
Türkiyədə yol qəzası olub, ölən və yaralananlar var
Dünya 18:30
Türkiyədə yol qəzası olub, ölən və yaralananlar var
Hakan Fidan Britaniyaya gedir
Dünya 17:40
Hakan Fidan Britaniyaya gedir
Tramp Ukraynayla bağlı tapşırıq verib
Dünya 17:24
Tramp Ukraynayla bağlı tapşırıq verib
Ukrayna “Türk axını”na PUA-larla hücum edib
Dünya 16:15
Ukrayna “Türk axını”na PUA-larla hücum edib
Abxaziyada prezident seçkiləri keçirilir
Dünya 15:31
Abxaziyada prezident seçkiləri keçirilir
Zelenski Londona gedib
Dünya 12:15
Zelenski Londona gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol