• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

"Ümid" yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24.11.2023 13:52
2023-cü ilin oktaybrın sonunadək "Ümid" qaz-kondensat yatağından təqribən 8,2 milyard kubmetr qaz və 1 milyon 260 min tona yaxın kondensat hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, yataqdan sutkada orta hesabla 6,7 milyon kubmetr qaz və 800 tondan artıq kondensat hasil edilir.

Hazırda yataqda 4 istismar quyusu fəaliyyət göstərir.
 
 2010-cu il 24 noyabr tarixində "Ümid” yatağı kəşf edilib. Bu yataq Azərbaycanın müstəqillik dövründə kəşf edilmiş ilk qaz-kondensat yatağıdır. "Ümid” yatağı Bakıdan 75 kilometr cənuba, qurudan 40 kilometr məsafədə Xəzər dənizində yerləşir. Yataq 2012-ci ildə istismara verilib.

İlkin hesablamalara görə, Xəzər dənizində yerləşən "Ümid" qaz yatağının ümumi ehtiyatı 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmindədir.

"Ümid” perspektivli struktur kimi 1953-cü ildə Azərbaycan geoloqları tərəfindən aparılan kəşfiyyat işləri zamanı müəyyən edilib. 

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
İqtisadiyyat 11:32
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol