• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Azərbaycanda əhalinin bank əmanətləri azalıb

Azərbaycanda əhalinin bank əmanətləri azalıb
24.11.2023 17:04
2023-cü ilin yanvar-oktyabrında Azərbaycanda əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 7% artaraq 12 milyard 564,1 milyon manat təşkil edib.

Eyni zamanda, oktyabrda əhalinin əmanətləri 141,4 milyon manat azalıb (azalma "Muğanbank"ın lisenziyasının ləğvi ilə əlaqədardır).

Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin yanvar-oktyabrında əhalinin milli valyutada əmanətlərinin həcmi 14% artaraq 8 milyard 141,68 milyon manat və ya bütün əmanətlərin 64,8 faizini təşkil edib. Bununla yanaşı, əhalinin milli valyutada depozitləri oktyabrda 109,8 milyon manat azalıb.

Əhalinin xarici valyutada olan bank əmanətləri 3,9% azalaraq 4 milyard 422,39 milyon manat və ya əhalinin bütün əmanətlərinin 35,2 faizini təşkil edib (2022-ci ilin sonuna xarici valyutada əmanətlərin xüsusi çəkisi 39,2 faiz olub). Oktyabrda xarici valyutada depozitlər 31,5 milyon manat azalıb.

Yanvar-oktyabrda rezidentlərin bank depozitlərinin həcmi 11 milyard 247,08 milyon manat (artım 6,4%), qeyri-rezidentlərin bank depozitlərinin həcmi 1 milyard 316,99 milyon manat (artım 12,2%) təşkil edib.

Ümumilikdə, 31 oktyabr 2023-cü il tarixinə Azərbaycanda banklardakı əmanətlərin həcmi 34 milyard 991,25 milyon manat qiymətləndirilir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 3,5% azdır.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
İqtisadiyyat 11:32
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol