• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Kəlbəcərlə Laçının elektrik şəbəkələrini birləşdirən təchizat sxemi yaradılacaq

Kəlbəcərlə Laçının elektrik şəbəkələrini birləşdirən təchizat sxemi yaradılacaq
25.11.2023 19:11

Kəlbəcərlə Laçın rayonlarının elektrik şəbəkələrini biləşdirən dairəvi elektrik təchizat sxemi yaradılacaq. Ən müasir avadanlıqlarla təchiz edilən mərkəzdə tamamlama işləri görülür.

Bu barədə Azərişıq ASC-dən bildirilib.

Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzi gələcəkdə rayonun dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq. Eyni zamanda İstisu ərazisində "İstisu” 110-35 kv-luq yarımstansiyasının tikintisinə başlanılıb.

Eyni zamanda Zar, Zəylik, İstisu, Ağqaya, Mərcimək və Yellicə istiqamətində işlər yekunlaşmaq üzrədir. Qeyd edilən kəndlərə elektrik enerjisini daşıyan yeni dayaqlar basdırılır, müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir. Bu növ izolyasiyalı kabel xətləri həm ekoloji cəhətdən əlverişli və təhlükəsizdir, həm də enerji itkisini minimuma endirir. Həmçinin yüksək dağlıq ərazilərdə kəskin hava şəraitində açıq naqillərdə buzlaşma və meşə zolağından keçən hissədə ağac budağının toxunması nəticəsində açılmalar olur. Belə qəzaların aradan qaldırılması kifayət qədər vaxt tələb edir. İzolyasiyalı kabellərdə isə bu növ problemlər yaranmır. Üstəlik açıq kabellərdə mühafizə sonası 30 metr olmalıdır. Xətlərin onlarla kilometr uzunluğunda çəkildiyini nəzərə alsaq nə qədər boş torpaq sahəsi itkisi olduğunu təsəvvür etmək çətin deyil. İzolyasiyalı kabellərdə isə mühafizə zonası cəmi 4-6 metrdir. Bu da qəza baş verəcəyi halda texnikaların işləyə bilməsi üçün nəzərdə tutulub.

Bugünədək Kəlbəcər elektrik enerjisində mənbə kimi Gəncədə yerləşən "Gəncə-2” yarımstansiyasından Daşkəsənə 110 kV-luq elektrik veriliş xətti, həmçinin Kəlbəcərdə bir neçə istiqamətdə 110 kV və 35 kV-luq elektrik xətləri çəkilib. Ümumilikdə rayon ərazisində çox sayda KTM quraşdırılıb. 2022-ci il 26 iyun tarixində Prezident İlham Əliyev Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
İqtisadiyyat 11:32
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol