Qəzzada ölənlərin sayı açıqlanıb
Qəzzada ölənlərin sayı 16 minə çatıb. TASS bu barədə Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilir kİ, yaralananların sayı 35 min olub.
Məlumata görə, girovların 13 nəfərdən ibarət ilk qrupu saat 18:00-da azad ediləcək. HƏMAS-ın saxladığı 50 israilli məhbusun qarşılığında İsrail həbsxanalarında olan 150 fələstinli azad ediləcək. Humanitar fasiləyə yardımın Rəfah Sərhəd Qapısı vasitəsilə Qəzzaya daxil olmasına icazə veriləcə.
Ntv atəşkəsin başlaması ardından İsrail ordusunun Qəzzanın şimalına keçmək istəyənlərə atəş açdığını və çoxlu sayda yaralının olduğu bildirib.
BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) verdiyi bəyanatda noyabrın 21-dən etibarən köçkün vəziyyətinə düşmüş 1 milyon 37 min fələstinlinin şimal bölgəsi də daxil olmaqla Qəzza zolağı boyunca UNRWA-ya aid 156 obyektə sığındığını bildirib. Qəzza zolağının mərkəzi hissələri və cənubda UNRWA-ya aid 99 obyektində təxminən 877 min köçkünün qaldığı vurğulanıb.
İsrail ordusu oktyabrın 27-dən bəri Qəzzada ölən İsrail əsgərlərinin sayı 69-a çatdığını açıqlayıb.
Qarşıdurmalar başlayan gündən Qəzzada 62, Livanda isə 3 jurnalist həyatını itirib.
İsrailin Xan Yunis, Deyr əl-Bələ və Cibaliya bölgələrinin bombalanması nəticəsində aralarında uşaq və qadınların da olduğu 44 nəfər ölüb, onlarla insan yaralandığı bildirilir.
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, Xan Yunis Qaçqınlar Düşərgəsinin qərbində yerləşən Həmed şəhərində binaya edilən hava hücumu nəticəsində ən azı 15 nəfər ölüb, əksəriyyəti uşaq və qadınlardan ibarət 25 nəfər yaralanıb. Qəzzanın mərkəzi hissəsindəki Deyr əl-Belah bölgəsində Əbu Şammas ailəsinin evinin bombalanması nəticəsində 24 nəfər həyatını itirib, 20 nəfər sağ qalıb.
Qəzzanın şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsinə edilən hava hücumunda 3-ü axtarış-xilasetmə qrupundan 5 nəfər həyatını itirib.
Hökumətin Qəzza zolağında verdiyi açıqlamada, hücumlarda indiyə qədər həyatını itirənlərin sayının 14 min 128-ə yüksəldiyi, yaralananların sayının isə 33 mini keçdiyi qeyd olunub.
İsrailin 7 oktyabrdan bəri davam edən hücumlarında Qəzza zolağında 44 min evin dağıldığı, 230 min evin zərər gördüyü, evlərin 60 faizinin yaşayış üçün yararsız hala düşdüyü söylənib.
Qəzza zolağında 26 xəstəxana və 55 sağlamlıq mərkəzinin xidmətdən çıxdığı bildirilib.
Qəssam Briqadaları "Telegram” səhifəsində açıqlama verərək Qəzzanın şimal-qərbində iki İsrail hərbi maşınının "Yasin-105” tank əleyhinə raketlərlə məhv edildiyi iddia ediblər.
Oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox