Rusların xarici valyutada depozitləri azalıb
2023-cü ilin oktyabrında Rusiya vətəndaşlarının xarici valyutada əmanətlərinin həcmi 26,8 milyard dollara düşüb ki, bu da 2008-ci ilin fevralından bəri ən aşağı səviyyədir. Bu barədə RİA Novosti Rusiya Mərkəzi Bankının statistikasına istinadən məlumat yayıb.
Ay ərzində ənənəvi xarici valyutada depozitlər 1,5% azalıb. Həmçinin, xarici valyutada cari və hesablaşma hesablarındakı əhali vəsaitləri 2% azalaraq 14,7 milyard olub.Bu, 2017-ci ilin iyunundan bəri minimumdur.
Nəticədə, Rusiya banklarında vətəndaşların xarici valyuta aktivlərinin ümumi məbləği oktyabrda 1,4% azalaraq 41,6 milyard dollara çatıb.
Bundan əvvəl məlum olub ki, Rusiya Mərkəzi Bankının son iclası ərəfəsində ruslar gözlənilmədən mövcud vəsaitləri bank depozitlərində daha aktiv şəkildə yerləşdirməyə başlayıblar . Noyabrın 18-nə dövriyyədə olan nağd pulun həcmi əvvəlki hesabat dövrü ilə müqayisədə 21,6 milyard rubl azalıb. Bu, 2022-ci ilin yazından bəri bu göstəricinin ilk azalmasıdır.
Gülnar
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox