• $
  • £

Blinken İsrailə səfər edib

Blinken İsrailə səfər edib
30.11.2023 13:22
ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.
 
O, həmçinin Fələstin hakimiyyəti ilə danışıqlar aparmaq üçün İordan çayının qərb sahilinə səfər edib. 

Bu, HƏMAS ilə münaqişənin kəskinləşməsindən sonra onun Yaxın Şərq ölkəsinə dördüncü səfəridir.

"Dövlət katibi Antoni Blinken İsraildə və İordan çayının qərb sahilində olarkən, qalan bütün girovların azad edilməsi və Qəzzaya humanitar yardımın çatdırılmasını sürətləndirmək üçün gələcək səyləri müzakirə etmək üçün İsrail və Fələstin rəhbərliyi ilə görüşəcək”, - Miller bildirib. 

Reuters ABŞ administrasiyasının rəsmilərinə istinadən qeyd edir ki, Vaşinqton İsraildən sektorun cənubundakı döyüşlər zamanı "fələstinli mülkiləri qorumaq və infrastruktura dəyən ziyanı məhdudlaşdırmaq üçün daha ehtiyatlı davranmağı” tələb edir.

İsrailə səfərindən sonra Blinken BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) Tərəflər Konfransının 28-ci sessiyasında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.
 
ABŞ rəsmisi səfər çərçivəsində İordan çayının qərb sahilinə getməyi və Fələstin rəsmiləri ilə görüşməyi planlaşdırır.
 
Çiçək Sadatova
N.Təbrizli
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Dünya 12:37
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Dünya 09:56
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Dünya 23:00
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
Dünya 21:30
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
SEPAH Trampa xəbərdarlıq edib
Dünya 19:17
SEPAH Trampa xəbərdarlıq edib
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Dünya 19:00
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Putin və Pezeşkian İran-Amerika danışıqlarını müzakirə ediblər
Dünya 17:41
Putin və Pezeşkian İran-Amerika danışıqlarını müzakirə ediblər
На севере Гаити по меньшей мере 30 человек погибли в давке у старинной крепости
Dünya 16:23
На севере Гаити по меньшей мере 30 человек погибли в давке у старинной крепости
Pakistan İran və ABŞ-a Hörmüzdə birgə patrul xidməti təklif edib
Dünya 09:15
Pakistan İran və ABŞ-a Hörmüzdə birgə patrul xidməti təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol