• $ 1.7
  • € 2.0008
  • ₽ 0.022051
  • ₺ 0.0388
  • £ 2.292

Bakı 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək

Bakı 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək
30.11.2023 22:14
BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakı şəhərində keçiriləcəyi barədə qərar elan edilib.

"Report” xəbər verir ki, BMT-nin 2001-ci ildə qəbul edilmiş müvafiq qərarına əsasən, şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik, iki ildən bir dünya şəhərlərindən birində keçirilən bu Forum sürətli urbanizasiya və onun şəhərlərin inkişafına təsirini araşdırmaq məqsədilə ən böyük qlobal platformadır.

Ümumdünya Şəhərsalma Forumunun regionumuzda ən irimiqyaslı tədbirlərdən biri olacağını əminliklə söyləmək olar. Tədbir çərçivəsində həm Azərbaycan, həm də xarici ölkələrdən maraqlı tərəflər – dövlət rəsmiləri, QHT-lər, bu sahədə fəaliyyət göstərən mütəxəssislər, ekspertlər, özəl sektorların nümayəndələri bir araya gələcək, geniş fikir mübadiləsi apararaq yeni bilik və təcrübə ilə paylaşmaq imkanını əldə edəcəklər.

Ümumdünya Şəhərsalma Forumu keçən il "Daha yaxşı gələcək üçün şəhərlərimizi dəyişdirək" mövzusu altında Polşanın Katovitse şəhərində (WUF11) 17 min nəfərin iştirakı ilə baş tutub. Daha öncə müxtəlif illərdə Forum Barselona, Rio-de-Janeyro, Vankuver, Əbu-Dabi, Kuala-Lumpur və bir sıra digər şəhərlərdə təşkil edilərək, bir tədbirə 23 min nəfərə qədər iştirakçı cəlb edilib. Növbəti Forum (WUF12) 2024-cü il noyabrın 4-dən 8-dək Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək.

Bu önəmli tədbirin 2026-cı ildə paytaxtımızda keçirilməsi Azərbaycan hökumətinin şəhərsalma sahəsində apardığı dərin islahatlar, ölkədə uğurla həyata keçirilən genişmiqyaslı layihələr və əldə edilən nailiyyətlər, habelə ölkəmizin bu sahədə qlobal gündəliyə verdiyi töhfələr sayəsində beynəlxalq nüfuzunun ən yüksək səviyyədə olmasının daha bir bariz nümunəsidir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaponiyada uçan taksilərin sınağına başlanılıb
Cəmiyyət 21:23
Yaponiyada uçan taksilərin sınağına başlanılıb
Sabah Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Cəmiyyət 19:19
Sabah Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil
Cəmiyyət 19:12
Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil
Azərbaycandan Ermənistana 4 500 ton dizel yanacağı Güzdəkdən yola salınır
Cəmiyyət 17:36
Azərbaycandan Ermənistana 4 500 ton dizel yanacağı Güzdəkdən yola salınır
Qanunsuz mərc və şans oyunları vətəndaşlar üçün hansı riskləri yaradır?- Video
Cəmiyyət 17:17
Qanunsuz mərc və şans oyunları vətəndaşlar üçün hansı riskləri yaradır?- Video
"A-dan Z-yə internet: Media üçün praktik təlim" keçirilib
Cəmiyyət 17:16
"A-dan Z-yə internet: Media üçün praktik təlim" keçirilib
Azərbaycan və Ukrayna enerji sahəsində əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 17:00
Azərbaycan və Ukrayna enerji sahəsində əməkdaşlığı müzakirə ediblər
Azercell “Bakı Marafonu 2026”-nın eksklüziv tərəfdaşıdır
Cəmiyyət 16:57
Azercell “Bakı Marafonu 2026”-nın eksklüziv tərəfdaşıdır
Bakıda 8 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Cəmiyyət 16:34
Bakıda 8 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol