• $
  • £

Azercell BMT-nin Qlobal Sazişinə qoşulub

Azercell BMT-nin Qlobal Sazişinə qoşulub
01.12.2023 12:34
Mobil operator Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində çalışacaq

"Azercell Telekom” MMC böyük məmnuniyyətlə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə üzv qəbul olunduğunu elan edir. Mobil operator Davamlı İnkişaf Məqsədləri (DİM) və sosial məsuliyyət siyasətlərin qəbulu və onların həyata keçirilməsinə öz töhfəsini verəcək. BMT Baş Katibinin köməkçisi və BMT Qlobal Sazişinin İcraçı Direktoru Sanda Ojiambo salamlama məktubu vasitəsilə "Azercell Telekom” MMC-ni bu təşəbbüsdə iştirakı münasibətilə təbrik edib.

.Qeyd edək ki, BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş "Qlobal Saziş” 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirən dünyanın ən böyük korporativ dayanıqlılıq şəbəkəsidir. "Qlobal Saziş” üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı prinsiplərinə və "Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.

Mobil infrastrukturunu yüksək texnologiyalar əsasında quran, Korporativ Sosial Məsuliyyət strategiyası sağlam dəyərlərə əsaslanan, ölkədə biznes ekosisteminin inkişafına daima dəstək verən "Azercell Telekom” innovativ həllərin tətbiqi ilə insanların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağı hədəfləyir. Lider mobil operator öz şəbəkəsini ölkə boyunca genişləndirir və "yaşıl” texnologiyalar tətbiq edir. Qeyd edək ki, bu cür təşəbbüslər ekoloji maarifləndirmənin təşviqinə və Azərbaycanın davamlı inkişaf hədəflərinə çatmasına kömək edir.
 
BMT-nin Qlobal Sazişinə qoşulmaqla, "Azercell Telekom” insan hüquqları, ətraf mühit, anti-korrupsiya və əmək hüquqları sahəsində qlobal əlaqəni gücləndirərək BMT-nin ixtisaslaşmış agentlikləri ilə sıx əməkdaşlıq nəticəsində innovasiyalara əsaslanan möhkəm, inklüziv və dayanıqlı infrastruktur yaratmağa və onu təşviq etməyə çalışacaq.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol