Kənd təsərrüfatı sahəsinə ayrılan vəsait bir az da azaldılır

2024-cü il kənd təssərüfatına ayrılan vəsait 73 milyon azaldılaraq 1 102 593 587,0 manata çatdırılacaq. Bu barədə 2024-cü ilin büdcə layihəsində qeyd olunub.
2024-cü ilin büdcə layihəsində ilkin olaraq bu məbləğ 1 109 893 587,0 manat müəyyən edilib.
2022-ci il kənd təsərrüfatına 1 milyard 202 milyon 142 min 802 manat pul ayrılıb.
Layihədə həmçinin meliorasiyaya ayrılan vəsait azaldılaraq 499 833 624,0 manata çatdırılır. Bu məbləğ ilkin olaraq 507 133 624,0 manat müəyyən olunmuşdu.
Həmçinin ətraf mühitin mühafizəsi üçün nəzərdə tutulan məbləğ 500 min azaldılaraq 376 872 901,0 manata çatdırılır.
Büdcə layihəsində ərazilərin
təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi üçün nəzərdə tutulan məbləğ isə 314 996 649,0 manatdan 315 046 649,0 manata qaldırılır.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər
Daha çox 