• $ 1.7
  • € 1.9612
  • ₽ 0.020928
  • ₺ 0.0403
  • £ 2.23

Bu ərazidə içməli və tullantı su şəbəkələri yaradılır

Bu ərazidə içməli və tullantı su şəbəkələri yaradılır
01.12.2023 16:16
Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivində yeni içməli və tullantı su şəbəkələri yaradılır.
Bu barədə Dövlət Su Ehtiyatları Agentliyi Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən bildirib 

Layihə bu ərazidə torpaq sürüşməsi təhlükəsinin aradan qaldırılması tədbirləri çərçivəsində həyata keçirilir. Yaşayış massivinin əksər hissəsində mərkəzləşdirilmiş içməli su və kanalizasiya şəbəkəsi mövcud olmayıb. Əhali tərəfindən primitiv qaydada çəkilmiş su xətləri istismar tələblərinə cavab vermir, tez-tez qəzalara səbəb olurdu. Burada kanalizasiya şəbəkəsi mövcud olmadığından tullantı suları əsasən septik qurğulara və şambolara axıdılırdı. Mərhələlərlə icra olunan layihəyə çərçivəsində indiyə qədər 17 km su və 37 km kanalizasiya xətləri inşa olunub. Kanalizasiya şəbəkəsinin tikintisi yekunlaşdıqdan sonra ərazilərdə septik qurğular və şambolar ləğv edilərək evlərin kanalizasiya xətləri mərkəzləşdirilmiş şəbəkəyə qoşulacaq.


Yeni su xətlərinin çəkilişi zamanı köhnə və primitiv xətlərin bir qismi zədələnə və ya sıradan çıxa bilər. Bu zaman qəza briqadaları tərəfindən zəruru tədbirlər görülərək su təchizatı qısa müddətdə bərpa edilir.


Ümumilikdə layihə çərçivəsində 3-cü yaşayış massivində hər birinin tutumu 1000 kubmetr olan 2 su anbarının, 69 km içməli, 68 km tullantı su şəbəkəsinin yaradılması nəzərdə tutulub.

Badamdar qəsəbəsinin 1-ci və 2-ci yaşayış massivlərinin içməli su təchizatı və kanalizasiya sistemləri Azərbaycan Höküməti və Səudiyyə İnkişaf Fondu ilə birgə həyata keçirilmiş layihə çərçivəsində yenidən qurulub. Layihə çərçivəsində 45 km içməli, 28 km tullantı su şəbəkələri inşa edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zəfər muzeyinə giriş 3 gün ərzində ödənişsiz olacaq
Cəmiyyət 13:46
Zəfər muzeyinə giriş 3 gün ərzində ödənişsiz olacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:40
Sabahın hava proqnozu
Sabunçuda 4 obyekti olan tikili yanıb
Cəmiyyət 21:38
Sabunçuda 4 obyekti olan tikili yanıb
Bakıda Zəfər Günü münasibətilə konsert keçirilir, atəşfəşanlıq olacaq
Cəmiyyət 20:57
Bakıda Zəfər Günü münasibətilə konsert keçirilir, atəşfəşanlıq olacaq
Azadlıq meydanında keçirilən Zəfər paradından yeni görüntülər
Cəmiyyət 19:51
Azadlıq meydanında keçirilən Zəfər paradından yeni görüntülər
Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq
Cəmiyyət 18:45
Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq
Bakıdakı hərbi paraddan maraqlı görüntülər - Video
Cəmiyyət 18:29
Bakıdakı hərbi paraddan maraqlı görüntülər - Video
Bakıda hərbi parad başa çatıb - Yenilənib
Cəmiyyət 15:14
Bakıda hərbi parad başa çatıb - Yenilənib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 13:58
Xəzər dənizində zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol