Birbank-ın “10 001 hədiyyə” lotereyasının 2-ci tirajı yekunlaşdı

Xəbər verdiyimiz kimi ölkənin ilk rəqəmsal
bankı Birbank-da 3 tirajdan ibarət "10 001 hədiyyə” lotereyası keçirilir. 30 noyabr tarixində
lotereyanın ikinci tirajı
baş tutdu. Bu tirajda ümumilikdə 1 073 230 karta
məxsus 10 343 316
şans iştirak edirdi. Canlı yayımda təsadüfi üsulla seçilən 3 333 kart ilk tirajın qalibi
oldu. Uduş fonduna daxil edilən hədiyyələrdən 1 ədəd 10 000 AZN-lik pul mükafatı, 2 ədəd 1 000 AZN dəyərində səyahət paketi, "Umico Market”dən 500 AZN dəyərində 30 ədəd hədiyyə kuponu, 1 000 ədəd 10 "Umico” bonusu və 2 300 ədəd 5 AZN dəyərində keşbek ikinci tirajda sahiblərini tapdı. Qaliblər haqqında ətraflı məlumat: https://bir.bank/bbchwi
Xatırladaq ki, Birbank-ın
"10 001 hədiyyə” lotereyası 15 dekabr tarixinədək davam edir. Lotereya Birbank
kartları ilə ödəniş edən hər kəsə 1 ədəd 2 otaqlı mənzil, 10 000 AZN-lik pul
mükafatları, səyahət paketləri qazanmaq şansı verir. Həmçinin "Umico Market”dən
500 AZN dəyərində hədiyyə kuponları, "Umico” bonusları və minlərlə keşbek
qazandıran lotereyada iştirak etmək üçün şərtlər çox sadədir.
Birbank debet və taksit
kartları ilə 20 AZN və üzəri məbləğdə ödəniş edən hər kəs lotereyanın
iştirakçısına çevrilir. Debet kartlarla ödəniş iştirakçılara 1, taksit kartla
isə Birbank tətbiqi ilə edilən köçürmələr,
taksit və ninja əməliyyatları, nağdlaşdırma və digər növ maliyyə əməliyyatları
istifadəçilərə 5 şans qazandırır. "Umico Market”də debet və taksit kartla
alış-veriş isə müştərilərə daha 1 şans yaradır. QR ilə ödəniş isə istifadəçilərə
əlavə 10 şans qazandırır. Lotereya haqqında ətraflı məlumat üçün: https://bir.bank/bbltrypr
Gün ərzində maksimum 20 əməliyyata
görə şans qazanmaq mümkündür. İstifadəçilər yuxarıdakı linkdən FİN kodu daxil
etməklə lotereyada iştirak şanslarını izləyə bilərlər.
Lotereyanın növbəti
tirajı 27 dekabr tarixində keçiriləcək. Qaliblər hər tirajın sonunda, Kapital
Bank-ın sosial media hesablarında və https://birbank.az saytında elan olunacaq.
Xatırladaq ki, lotereyada
uduş fonduna daxil olan 2 otaqlı mənzil "Xəzri Rezidens” yaşayış kompleksindəndir.
Eyni zamanda dəniz mənzərəli "Xəzri Rezidens” yaşayış kompleksindən mənzil
aldıqda "Birbank” promo kodunu təqdim edən
müştərilərə 12 000 AZN-dək endirim ediləcək. Endirim üçün: https://bir.bank/bbxzrpr.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 