• $
  • £

Qanunsuz ağac kəsənlər və ətraf mühiti çirkləndirənlər məsuliyyətə cəlb olunub

Qanunsuz ağac kəsənlər və ətraf mühiti çirkləndirənlər məsuliyyətə cəlb olunub
01.12.2023 18:31

İsmayıllı və Ağdaşda polis əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, keçirilmiş tədbirlərlə İsmayıllı rayonunun Şəbiyan, Ağdaş rayonunun isə Pirəyir kəndi ərazisində yaş halda olan ağacları kəsən şəxslər müəyyən edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar qərar qəbul edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinə göndərilib.

Həmçinin, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Gürcüva kəndi ərazisində sanəye və məişət tullantılarının qalaqlanması aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün obyekt sahibi barəsində protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Bakının bəzi yollarında gecə saatlarında təmir işləri aparılacaq
Cəmiyyət 16:56
Bakının bəzi yollarında gecə saatlarında təmir işləri aparılacaq
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
Cəmiyyət 16:44
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
Martda 75 nəfər Avropadan Azərbaycana readmissiya edilib
Cəmiyyət 16:29
Martda 75 nəfər Avropadan Azərbaycana readmissiya edilib
İlk rübdə 10 min uşağa reabilitasiya xidmətləri göstərilib
Cəmiyyət 15:21
İlk rübdə 10 min uşağa reabilitasiya xidmətləri göstərilib
Siyasi partiyalar maliyyə hesabatlarını təqdim edib
Cəmiyyət 14:42
Siyasi partiyalar maliyyə hesabatlarını təqdim edib

Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olunub
Cəmiyyət 14:26
Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olunub
Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında nikahların sayı azalıb
Cəmiyyət 13:38
Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında nikahların sayı azalıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:45
Sabahın hava proqnozu açıqlanıb
Sumqayıtda dəm qazındanzəhərlənən uşaqların durumu açıqlanıb
Cəmiyyət 11:33
Sumqayıtda dəm qazındanzəhərlənən uşaqların durumu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol