İsveçrə Rusiyanın milyardlarla dollarlıq aktivlərini dondurub
İsveçrə Rusiyanın 7,7 milyard İsveçrə frankı (8,8 milyard dollar) dəyərində aktivlərini dondurub.
Bu barədə Avropa ölkəsinin İqtisadiyyat üzrə Dövlət Katibliyi məlumat yayıb.
Aİ-nin üzvü olmayan İsveçrə əvvəllər neytral statusa malik olmasına baxmayaraq, Ukraynadakı müharibə ilə əlaqədar Aİ-nin Rusiyaya qarşı sanksiyalarını dəstəkləyib. Öz növbəsində, 2022-ci ilin martında Rusiya hökuməti İsveçrəni qeyri-dost dövlətlərin və ərazilərin siyahısına daxil edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox