Aİ Şərq Tərəfdaşlığı çərçivəsində XİN başçılarının görüşü keçiriləcək
Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Dekabrın 11-də Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellin sədrlik etdiyi Xarici Əlaqələr Şurası Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə qeyri-rəsmi fikir mübadiləsi aparacaq.
"Aİ Şurasının iclasından əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə qeyri-rəsmi səhər yeməyi baş tutacaq, daha sonra isə Şərq Tərəfdaşlığı XİN rəhbərlərinin görüşü keçiriləcək", - deyə məlumatda bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox