• $ 1.7
  • € 1.9697
  • ₽ 0.0208
  • ₺ 0.0419
  • £ 2.2692

Qərbi Azərbaycan İcması Ermənistanın XİN başçısına cavab verib

Qərbi Azərbaycan İcması Ermənistanın XİN başçısına cavab verib
02.12.2023 10:59

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanı "təcavüz”də, "etnik təmizləmə”də, qeyri-konstruktivlikdə ittiham edən açıqlamalarla çıxış edib.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib.

Ermənistan diplomatiyasının utanmaz davranışının həddi-hüdudu yoxdur. 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, azərbaycanlıların Ermənistana qayıdış hüququnu belə inkar edən bir ölkənin rəsmisinin belə açıqlaması siyasi əxlaqsızlıqdır.

Bu həmin Ararat Mirzoyandır ki, Vətən müharibəsi zamanı oktyabr ayında başqa bir ölkənin-Azərbaycanın suveren ərazilərində dayanaraq özünə "dahi sərkərdə” siması verib "Biz güclüyük. Biz qalib gələcəyik. Ermənistan ordusuna eşq olsun” kimi açıqlamalar verirdi. 10 noyabr kapitulyasiya aktından sonra erməni xalqının qəzəblənərək küçələrə tökülməsinin bir səbəbi də yəqin Ararat Mirzoyan kimilərinin Vətən müharibəsi zamanı boğazdan yuxarı açıqlamaları idi.
Bir daha vurğulamaq istərdik ki, Ermənistanın uğursuz dövlət olmasının bir səbəbi də daşnak və mağara təfəkkürlü erməni diplomatiyasıdır.

Ermənistanın son vaxtlar ortaya atdığı "Sülh kəsişməsi” təşəbbüsünə gəldikdə isə, ilk öncə qeyd etmək istərdik ki, layihədə nəzərdə tutulan kommunikasiyaların əksəri vaxtilə bizim yaşadığımız, sonradan deportasiya edildiyimiz ərazilərdən keçir. Bundan başqa, Ermənistan uzun müddətdir ki regionda kommunikasiyaların açılmasına mane olur və bu narrativi dəyişmək, öz aləmində guya Azərbaycanın mövqeyini zəiflətmək üçün indi "Sülh kəsişməsi” kimi utopik bir ideyanı ortaya atmışdır. Ermənistanın bu layihəni reallaşdırmaq üçün heç bir imkanı yoxdur. Ermənistan hələ də utopiya ilə məşğuldur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yerevanda Qalstanyan tərəfdarları saxlanılıb
Siyasət 14:26
Yerevanda Qalstanyan tərəfdarları saxlanılıb
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
Siyasət 14:22
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
İlham Əliyev Mərakeşin Kralını təbrik edib
Siyasət 11:13
İlham Əliyev Mərakeşin Kralını təbrik edib

Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib
Siyasət 10:26
Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib

İsrailin yeni səfiri Azərbaycana gəlib
Siyasət 09:35
İsrailin yeni səfiri Azərbaycana gəlib
Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib
Siyasət 21:59
Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib
Ermənistan-Azərbaycan sərhədində sakitlik müşahidə olunur
Siyasət 11:04
Ermənistan-Azərbaycan sərhədində sakitlik müşahidə olunur
Araz Əzimov İran səfiri ilə görüşüb
Siyasət 11:01
Araz Əzimov İran səfiri ilə görüşüb
Азербайджан нуждается в международной поддержке по разминированию – ANAMA
Siyasət 10:40
Азербайджан нуждается в международной поддержке по разминированию – ANAMA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol