• $
  • £

SOCAR xalis mənfəəti 3 dəfə azalıb

SOCAR xalis mənfəəti 3 dəfə azalıb
04.12.2023 15:56
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2023-cü ilin birinci yarısında xalis mənfəəti 4,6 milyard manatdan 1,4 milyard manata, mənfəəti isə 7 milyard manatdan 4,6 milyard manata düşüb. Bu barədə Mərkəzi Bankın saytında dərc edilmiş şirkətin 2023-cü ilin birinci yarısı üzrə konsolidasiya edilmiş maliyyə hesabatında məlumat verilib.
     
SOCAR-ın 2023-cü ilin birinci yarısında gəlirləri də 60,3 manatdan 42,2 milyarda qədər azalıb.
   
Hesabata görə, bu ilin yanvar-iyununda SOCAR-ın satış dəyəri 29,6% azalaraq 37,5 milyard manat təşkil edib.
     
Şirkətin cəmi aktivləri 30 iyun 2023-cü il tarixinə 80,8 milyard manatdan 70,4 milyard manata, dövriyyə aktivləri isə 33,4 milyard manatdan 23,4 milyard manata qədər azalıb.
     
2023-cü ilin ilk 6 ayında SOCAR-ın məcmu kapitalı 33,3 milyard manatdan 33,6 milyard manata yüksəlib.
     
2023-cü ilin iyun ayının sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 4,8 milyard manat təşkil edib.
     
Yanvar-iyunda şirkətin öhdəlikləri 47,5 milyard manatdan 36,7 milyard manata qədər azalıb. O cümlədən, SOCAR-ın uzunmüddətli öhdəlikləri 18,5 milyard manatdan 18,2 milyard manata, cari öhdəlikləri isə 28,9 milyard manatdan 18,6 milyard manatadək azalıb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol