Mərkəzi Bank noyabrda satışa $192,3 mln çıxarıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin noyabında valyuta hərraclarında ümumilikdə 234,7 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb.
2023-cü ilin oktyabrında ARDNF tərəfindən valyuta hərraclarında 202,6 milyon ABŞ dolları məbləğində xarici valyuta satılıb, beləliklə, noyabrda valyuta satışının həcmi 15,8% artıb.
2023-cü ilin yanvar-noyabrında fond hərraclarda 2 milyard 539,5 milyon ABŞ dolları məbləğində (2022-ci ilin 11 ayı ilə müqayisədə 44,7% azalma) xarici valyuta satıb.
Bütpvlükdə valyuta hərraclarında $427 milyon dollar valyuta satılıb. Yəni Mərkəzi Bank tərəfindən hərraca 192,3 milyon dollar valyuta çıxarılıb.
Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankı qeyd edir ki, əksər hərraclarda xarici valyutaya tələb təklifdən aşağı olur.
2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində (2021-ci illə müqayisədə 30% azalma) xarici valyuta satıb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 