Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün büdcədən ayrılan vəsait açıqlanıb
2024-cü il ərzaq təhlükəsizliyin təmin edilməsi üçün büdcədən 500 milyondan artıq vəsait nəzərdə tutulub. Bunu baş nazir Əli Əsədov deyib.
"Hökumət qarşsında ərzaq təhlükəsizliyin təmin edilməsi əsas vəzifələrdən biridir. Ərzaq təhlükəsizliyi üçün gələn il büdcədən 500 milyondan çox vəsait nəzərdə tutulub. Yerli istehsalın rolunun artırılması ilə bağlı tədbirlər həyata keçirilir. Ərzaqlıq buğda ilə özünü təmin etmək səviyyəsi əsas istiqamətlərdəndir”, - baş nazir dekabrın 5-də Milli Məclisdə çıxışında bildirib.

Bu ilin oktyabrında ölkəyə idxal edilən buğdanın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% azalaraq 156 947 ton təşkil edib.
2023- cü ilin sentyabrında Azərbaycana gətirilmiş buğdanın orta idxal qiyməti 404.35 manata bərabər olub.
Azərbaycanın taxıla olan illik tələbatı 3,5 milyon ton təşkil edir. Bunun 1,4 milyon tonu idxal olunur. Azərbaycan əsasən taxılı Rusiya və Qazaxıstandan idxal edir. Hazırda Rusiya taxılının bazarda orta qiyməti 1 ton üçün $365, Qazaxıstan taxılının qiyməti isə $370-dır.
Azərbaycanda taxıl əsasən Şəki, Beyləqan, Ağcabədi, Ağstafa və Tovus bölgəsində yetişdirilir. 2023-cü ildə artıq Qarabağın Ermənistan işğalından azad edilən ərazilərində də ildə 100 ton buğda əldə ediləcəyi gözlənilir
Gülnae Nazimqızı
www.anews.az