• $
  • £

Bakcell-in sponsorluğu ilə “İnnovasiya Sammit”i keçirilir

Bakcell-in sponsorluğu ilə “İnnovasiya Sammit”i keçirilir
05.12.2023 15:10
Ölkənin ən böyük özəl operatoru olan Bakcell "InMerge İnnovasiya Sammiti”nin "Sürət və Telekom partnyoru” olaraq bir daha innovasiyalara öz dəstəyini göstərib.
 
30 noyabr - 1 dekabr 2023-cü il tarixlərini əhatə edən regionun ən böyük sammiti Bakı Konqres Mərkəzində "PAŞA Holdinq”in təşkilatçılığı, Bakcell şirkətinin aparıcı sponsorluğu ilə ilk günü geridə qoyub. İnnovasiya və yüksək texnoloji yeniliklərə sarsılmaz dəstəyi ilə tanınan Bakcell artıq 3-cü ildir ki, innovasiya tədbirlərinə sponsor olaraq öz dinamik rolunu qoruyur.
 
Sammitin məqsədi texnologiya sahəsində aparıcı liderləri, şirkətləri, eləcə də innovasiya yönümlü startapları bir araya toplamaq, regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərməkdir. Tədbirin ilk günü telekommunikasiya vertikalında Bakcell-in Baş icraçı direktoru Klaus Müller öz bilik və təcrübəsini auditoriya ilə bölüşüb, iştirakçılarla faydalı fikir mübadiləsi aparıb.
 
"Telekommunikasiya sektorunda daim innovativ həllərlə fərqlənən bir şirkət kimi bu tədbirin "Sürət və Telekom partnyoru” olmaqdan qürur duyuruq. Ötən müddət ərzində ən müasir səs texnologiyası olan VoLTE-ni, yenilənmiş Bakcell tətbiqini abunəçilərin ixtiyarına verərək, telekommunikasiya sektorunda ciddi addımlar atmışıq. Uğurlarımızın nəticəsi olaraq 2023-cü ildə Ookla® şirkəti tərəfindən "Speedtest” mükafatına layiq görülərək "Azərbaycanın ən sürətli operatoru” adını almağa layiq görülmüşük. Bakcell olaraq qarşıdakı dövrdə ən qabaqcıl texnologiyaların ölkəyə gətirilməsində genişmiqyaslı fəaliyyətimizi daha da gücləndirəcəyik.” - deyə Klaus Müller bildirib.
 
Ölkənin dörd bir yanında "Ölkənin ən sürətlisi” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirən Bakcell şirkəti "NEQSOL Holding”in tərkibinə daxildir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol