• $ 1.7
  • € 2.0051
  • ₽ 0.022274
  • ₺ 0.0388
  • £ 2.2977

Qırmızı Ürəklər Fondunun dəstəyi ilə Qazax və Şabran rayonlarında “Vətən Bağı” salındı

Qırmızı Ürəklər Fondunun dəstəyi ilə Qazax və Şabran rayonlarında “Vətən Bağı” salındı
06.12.2023 13:43
Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında "Vətən Bağı” layihəsini həyata keçirir. Layihə çərçivəsində rayon və şəhər üzrə şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsinə eyni sayda ağac əkilir. Layihə həmçinin Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədi daşıyır.


Budəfəki ağacəkmə aksiyası PAŞA Holding-in dəstəyi ilə Qazax rayonunda, Kapital Bank-ın dəstəyi ilə Şabran rayonunda həyata keçirildi. Qazaxda 350, Şabranda 140 ədəd olmaqla ümumilikdə 490 ədəd sərv və tuya ağacı əkildi. Ağacəkmə aksiyasında şəhid ailələri, qazilər, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, Kapital Bank-ın və Qırmızı Ürəklər Fondunun əməkdaşları iştirak etdilər. Aksiya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli İcra Hakimiyyəti orqanlarının dəstəyi ilə baş tutdu. Tədbirdə iştirak edən şəhid ailələri bu təşəbbüsə görə fonda və aidiyyatı qurumlara təşəkkür etdilər.  

Qeyd edək ki, "Vətən Bağı” əsasən insanların sıx yaşadığı yerlərdə, parklarda və şəhər mərkəzlərində salınır. Bununla da ölkə ərazisində Vətən Bağı-nın sayı 28-ə çatdı. Layihənin ağacəkmə mövsümü zamanı davam etdirilməsi planlaşdırılır. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digər lazımi tədbirlər yerli İcra Hakimiyyəti orqanları və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilir.

"Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul kütləsi və bank aktivləri artıb
İqtisadiyyat 12:53
Azərbaycanda pul kütləsi və bank aktivləri artıb
Ölkədə problemli kreditlərin həcmi yarım milyon manatı ötüb
İqtisadiyyat 11:33
Ölkədə problemli kreditlərin həcmi yarım milyon manatı ötüb
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan və İİB Qrupu əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
İqtisadiyyat 20:26
Azərbaycan və İİB Qrupu əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Azərbaycanın iqtisadi artımı qarşıdakı iki ildə 2,5–3% olacaq
İqtisadiyyat 14:48
Azərbaycanın iqtisadi artımı qarşıdakı iki ildə 2,5–3% olacaq
Sabah bütün sosial müavinətlər ödəniləcək
İqtisadiyyat 13:48
Sabah bütün sosial müavinətlər ödəniləcək
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR və Britaniyanın Wood şirkəti əməkdaşlıq imkanlarını müzakirə edib
İqtisadiyyat 16:29
SOCAR və Britaniyanın Wood şirkəti əməkdaşlıq imkanlarını müzakirə edib
Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
İqtisadiyyat 16:23
Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol