• $
  • £

35,3% tələbə Qarabağ universitetində oxumaq istədiyini bildirib - SORĞU

35,3% tələbə Qarabağ universitetində oxumaq istədiyini bildirib - SORĞU
07.12.2023 12:10
Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusuna görə gənc respondetlərin 35,3% Xankəndinə Qarabağ Universitetində oxumaq istədiyini açıqlayıb. Bu barədə qurumun son sorğu hesabatında məlumat paylaşılıb. 
 
Sorğuda iştirak edənlərin 39,2%-i "yəqin ki istərdim", 13%-i "yəqin ki, istəməzdim", 12,5% "xeyr istəməzdim" cavablarını verib. 
 
İştirak edən tələbələrin ümumilikdə 75,4% bu təklifi müsbət qiymətləndirib. 

Sorğu 18-29 yaş qrupları olmaqla 390 respondet arasında keçirilib. Sorğu nəticələri 12 iqtisadi rayonu əhatə edib. 

Noyabrın 30-da Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, Xankəndində yerləşən Qarabağ universiteti 2024-cü ilin sentyabrında fəaliyyətə başlayacaq.
 
İlkin mərhələdə universitetdə  800-1000 tələbə təhsil alacaq.
 
Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib

Gülnar Nazimqızı





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
35,3% tələbə Qarabağ universitetində oxumaq istədiyini bildirib - SORĞU
Cəmiyyət 12:10
35,3% tələbə Qarabağ universitetində oxumaq istədiyini bildirib - SORĞU
Türkiyədə zəlzələdə ölənlərin sayı 50 399 nəfərə çatıb - YENİLƏNİB
Cəmiyyət 10:35
Türkiyədə zəlzələdə ölənlərin sayı 50 399 nəfərə çatıb - YENİLƏNİB
Kiyevdə vətəndaşları döyən azərbaycanlı saxlanılıb
Cəmiyyət 13:08
Kiyevdə vətəndaşları döyən azərbaycanlı saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol