• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Yaponiya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb

Yaponiya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb
07.12.2023 18:22
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu qeyd edilib. Xüsusilə iqtisadiyyat, energetika, mədəniyyət, turizm, kənd təsərrüfatı, yüksək texnologiyalar, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb. İki ölkə arasında siyasi dialoqun və yüksək səviyyəli səfərlərin vacib olduğu bildirilib.

Nazir Ceyhun Bayramov bölgənin təhlükəsizliyinə ən böyük hədə olan münaqişənin həlli və ölkəmizin suverenliyinin bərpası ilə bağlı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini bir daha qarşı tərəfin diqqətinə çatdırıb. Bu dönəmdə ölkəmizdə fəaliyyət göstərən səfirin bu tarixi proseslərin şahidi olduğu xatırlanıb. Post-münaqişə dövründə ölkəmiz tərəfindən aparılan bərpa-quruculuq işlərində, eləcə də yaşıl enerji zonalarının yaradılması və Azad İqtisadi Zonalar çərçivəsində ölkəmizin Yaponiya tərəfi ilə əməkdaşlığı üçün böyük imkanların mövcud olduğu diqqətə çatdırılıb.

Azərbaycan-Yaponiya münasibətlərinin inkişafına verdiyi töhfəyə görə səfirə minnətdarlıq bildirilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Səfir Cuniçi Vada səmimi qəbula görə təşəkkürünü bildirib, fəaliyyəti dövründə Azərbaycanın dövlət və hökumət qurum və təşkilatlarından aldığı dəstək üçün minnətdarlıq ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb
Siyasət 20:30
Sahibə Qafarova Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb
60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib - XİN
Siyasət 18:19
60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib - XİN
Azərbaycandan İsrail rəhbərliyinə- Mesaj
Siyasət 14:19
Azərbaycandan İsrail rəhbərliyinə- Mesaj
PrezidentAfrim Qaşinini qəbul edib
Siyasət 11:35
PrezidentAfrim Qaşinini qəbul edib
Nazir Belarusa rəsmi səfərə gedib
Siyasət 22:02
Nazir Belarusa rəsmi səfərə gedib
Türkiyə və Ermənistan XİN rəsmiləri Ankarada görüşüb
Siyasət 20:19
Türkiyə və Ermənistan XİN rəsmiləri Ankarada görüşüb
Pənah Hüseyn istefa verib
Siyasət 17:47
Pənah Hüseyn istefa verib
İrandan 41 azərbaycanlı təxliyə olunub - XİN rəsmisi
Siyasət 12:48
İrandan 41 azərbaycanlı təxliyə olunub - XİN rəsmisi
Ərdoğan Azərbaycanı təbrik edib
Siyasət 19:30
Ərdoğan Azərbaycanı təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol