Deputatlar müxalifətə səsləndi: Prezident seçkilərdə iştirak edin

Müxalifət nümayəndləri növbədənkənar seçkilərdə iştirak etmək üçün şansı var. Bunu deputat Elman Nəsirov deyib.
"İndiki məqamda qarşımızda yeni hədəflər dayanır. Seçkilərin özünəməxsus reallıqları var. Müxalifət nümayəndlərinə səslənirəm ki, seçkilərdə iştirak edin. Gəlin sosial bazanızı göstərin. 5 min səsi güclə yığanlar Prezidentliyə namizəd kimi hansı səsi toplaycaqlar görəcəyik", - deputat dekabrın 8-də Milli Məclisin plenar iclasında çıxışında deyib.
Deputat Fəzail Ağamalı da bildirib ki, növbədənkənar seçkilərə qarşı çıxanlar üçün meydan açıqdır.
"Buyurun siyasi iradə nümayəiş etdirib seçkilərdə iştirak edin. Ana Vətən partiyası isə bir daha İlham Əliyevin namizədliyini irəli sürəcək", - deputat vurğulayıb.
Bundan başqa deputatlar növbədənkənar seçkilərin günün reallığına uyğun olduğunu açıqlayıb.
Milli Məclisin spikeri bildirib ki, növbədənkənar seçkilərdə Azərbaycan xalqı öz siyasi iradəsini bir daha təsdiq edəcək.
www.anews.az

Dekabrın 7-də Prezident İlham Əliyevin 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər