• $
  • £

Qazaxıstan neftinin Bakı limanına nəqlinin həcmi artıb

Qazaxıstan neftinin Bakı limanına nəqlinin həcmi artıb
11.12.2023 11:11
2023-cü ilin on bir ayında Qazaxıstanın magistral neft kəməri üzrə milli operatoru olan "Kaztransoil” şirkəti Bakı limanı istiqamətində neft tədarükünü 1 milyon 238 min tona çatdırıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 14 min ton və ya 50% çoxdur. Bu barədə "Kaztransoil” şirkətinin yaydığı məlumata bildirilib.
 
Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin həcminin artması Bakı limanı istiqamətində daşınan xammalın həcminin 205 min tondan 1 milyon 238 min tona, yəni 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6 dəfə artması ilə bağlıdır.

Hesabat dövründə Aktau limanından Mahaçqala limanına 1 milyon 824 min ton neft göndərilib.
 
Qazaxıstan neftinin bir hissəsi Azərbaycan ərazisi ilə də (Bakı-Tbilisi-Ceyhan kəməri ilə) dünya bazarlarına çatdırılır.
 
Qazaxıstan neftinin BTC boru kəməri ilə nəqli üçün Aktau limanından Bakıya gətirilməsi bu ilin fevralında nəzərdə tutulmuşdu.  Lakin Ceyhan terminalında yükləmə əməliyyatları müvəqqəti olaraq dayandırıldığı  daşınma ləngidimişdi.
 
"Tengizşevroil” (Tengiz yatağının işlənməsi üzrə operator) öz növbəsində Türkiyədə baş vermiş zəlzələnin nəticələrinə görə, ixracın dayandırıldığını bildirmişdi.
 
"Tengiz" yatağından başqa Qazaxıstan Bakıya martın 20-də "Kaşaqan" yatağından da 6,500 min ton neft göndərib ki , o da daha sonra BTC ilə nəql ediləcək. 
 
2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, "KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti arasında "Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb

Aytac Zeynalova



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol