• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Aztelecom vətəndaşları bahalı internetə keçməyə məcbur edir? - Şikayət

Aztelecom vətəndaşları bahalı internetə  keçməyə məcbur edir? - Şikayət
11.12.2023 15:23
"Bakı Telefon Rabitəsi" MMC telefonla qoşulan internet xəttini (dial up, - red) kəsərək GPON-a (Gigabit Passive Optical Networks, - red) keçməyi tələb edir. Bu barədə Elyar İslamoğlu anews.az-a açıqlamasında bildirib. 

O iddia edir ki, telefon xətti ilə internetin verilməsi dayandırılıb və ondan GPON-a keçmək tələb olunur.
 
 "Mən Baktelekom-a müraciət etdm ki, bizdə internet çox zəifdi, onlar da mənə dedilər ki, GPON-a keçmək lazımdır. Hazırda yaşadığım ünvanda mən kirayə qalıram və internetə 13 manat ödəyirəm. Bir neçə aydır Normal interneti aylardı ki, görmürük. İnternetdən yalnız telefonda nəyəsə baxmaq üçün istifadə edirəm. Daha bahalı internetə ehtiyacım yoxdu. Bunlar da GPON-u 21 manata təklif edirlər. İnterneti kəsdikləri üçün gün ərzində əlaqə yaratmağa çalışdım, əlaqə qura bilmədim. Azərcell nömrəsi ilə zəng etdim, problemimi dilə gətirməmiş növbə sırası mənə çatana qədər xətdə gözlədiyim müddətə görə balansım bitdi. Sonradan əlaqə saxlayanda mənə qaldığım ərazidə hamının GPON-a keçməli olduğunu və bütün digər xəttlərin ləğv olunduğunu dedilər. Bununla bağlı məlumatlı olmadığımı deyəndə zəng etdiklərini, lakin mənim cavab vermədiyimi qeyd etdilər. GPON-a keçirirlər və bizə seçim şansı vermirlər. GPON-a keçdikdə daha sürətli internetlə təmin olunacağımızı deyirlər. Lakin mənim qohumlarım keçiblər, heç bir dəyişiklik yoxdur, yenə problemlər olur və tez-tez əlaqə saxlamaq məcburiyyətində qalırlar”, - o açıqlamasında qeyd edib.
 
Eyni problemlə qarşılaşan jurnalist İlkin Xəlilov anews.az-a açıqlamasında qeyd edib ki, Nərimanov ATS-in əməkdaşı ona  hər kəsin Aztelekom-a qoşulacağını bildirib. 
 
"Mən telefonun ödənişin etsəm də internetim açılmırdı. Bir neçə dəfə Nərimanov ATS-ə zəng vurdum, onlar əməkdaşların iş gördüklərini və xətlərə zərər vurduqlarınıi dedilər. Bundan sonra telefon xəttim qaldı qıraqda dedilər  ki, onsuz da orda internet xəttini dəyişirik, siz qoşulun Aztelekom-un internet xəttinə. Telefonun açılması üçün zəng etsəm də, yenə də açılmadı. 1-2 gün keçdi zəng etdim, eyni hal baş verdi, telefonun şikayəti qaldı qırağqda başladı Aztelekom-un internetini tərifləməyə. Ulduz telekomda hər şey yaxşıdır şikayətim yoxdur, aya 13 manat ödəyirəm. Bunların təklif etdiyi  xidmətin qiyməti isə 21 manatdır.  Onların sözündən belə çıxır ki, istəsək də, istəməsək də Ulduztelekom və digər internet xidməti buna bağlanacaq. Onların arxayın danışmağından belə başa düşürəm ki, yaxın 1-2 aya Ulduz telekomu bağlayacaqlar, ya da hamını məcbur edəcəklər Aztelekom-a qoşulmağa”, - Xəlilov bildirib.  
 
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, yeni internetə qoşulması üçün vətəndaşın hüquqlarını tapdalamaq və zorla əvvəlki internetini əlindən almaq olmaz.
 
"Hökümət qeydiyyatlı interneti əlçatanlı etmək üçün  "Onlayn Azərbaycan” layihəsi həyata keçirir. Bu layihə bütün vətəndaşları GPON-a qoşulmağını nəzərdə tutub. Bu daha keyfiyyətli, sürətli, müasir tələblərə cavab verən internet xidmətidir. Əlbəttə ki, bu xidməti qoşmaq üçün kiminsə hüquqlarını tapdalamaq, onu zorla əvvəlki internetini əlindən almaq doğru olmaz. Məncə, burada atılacaq addım vətəndaşın daha aşağı tariflə internetlə təmin olunmasıdır”, - o əlavə edib.
 
Osman Gündüzün sözlərinə görə, hökümət ölkədə olan internet sürətini qaldırmağı qarşısına məqsəd qoyub.

"Xarici qurumlar internet sürətini ölçürlər, reytinq cədvəli dərc edirlər. Azərbaycan da o reytinq cədvəlində hələlik çox aşağı yerlərdədir. Bunun əsas səbəbi isə internet istifadəçilərinin aşağı sürətdə internetə qoşulmasıdır. Bu da dünyada Azərbaycanın reytinqinə təsir edir. GPON-da hökümət qarşısına məqsəd qoyub ki, minimum 25-30 meqabit internet verəcək. Məncə, 10-15 meqabit də verilə bilər. Bu da vətəndaşın ödədiyi əvvəlki qiymətə uyğun və ya yaxın tarif olmalıdır. GPON internetində hər hansı qırılmalar ola bilər amma sürət müqavilədə nə nəzərdə tutulubsa, həmin sürət olmalıdır”, - direktor vurğulayıb.
 
Onun sözlərinə görə, VDSL (çox yüksək sürətli rəqəmsal abunəçi xəttit, - red) telefon xəttinə qoşulanlar da telefon xəttində problem yaşanarkən internet sürəti itə bilər və burada provayder günahkar olmaya bilər.
 
"Əgər verilən sürət müqavilədə nəzərdə tutulan deyilsə, burada provayder günahkardır”, - Osman Gündüz qeyd edib.
 
Məsələ ilə bağlı Aztelekom anews.az-ın sorğusunu cavabında bildirib ki, abunəçilər yeni nəsil, GPON texnologiyası əsasında təmin edilən xidmətlərə qoşulmağa məcbur edilmir və GPON şəbəkəsi üzərindən verilən xidmətə qoşulmaq seçimi etməyən abunəçilərə əvvəlki xidmətlərin göstərilməsi davam etdirilir.
 
"Bakı Telefon Rabitəsi” MMC tərəfindən abunəçilərə "Onlayn Azərbaycan” layihəsi çərçivəsində GPON (Gigabit Passive Optical Network) texnologiyasının tətbiqi ilə bağlı yeni xidmətlə əlaqədar ətraflı məlumat və təkliflər verilir. Belə ki, abunəçilərə məlumat verilərkən yeni xidmətlərə qoşulma və güzəşt şərtləri (aşağıda qeyd edilib) izah olunur. Abunəçilər yeni nəsil, GPON texnologiyası əsasında təmin edilən xidmətlərə qoşulmağa məcbur edilmir və GPON şəbəkəsi üzərindən verilən xidmətə qoşulmaq seçimi etməyən abunəçilərə əvvəlki xidmətlərin göstərilməsi davam etdirilir”, - cavabda qeyd olunub.
 
Sənədləşmə zamanı GPON texnologiyası üçün abunəçilərə təklif edilən kampaniya və güzəşt şərtləri aşağıdakılardan ibarətdir:

1. 12 aylıq güzəştli şərtlə (telefon+internet) – İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 manat çəkiliş haqqından azad edilir, ödənişsiz ONT modemi əldə edir.

2. Standart müqavilə (telefon+internet) – İstifadəçi standart müqavilə bağlayaraq telekommunikasiya xidmətlərinə qoşulduqda çəkiliş üçün 30 manat, ONT modemi üçün endirimlə 50 manat ödəniş edir.

3. Standart müqavilə (telefon) – İstifadəçi standart müqavilə bağlayaraq yalnız telefon xidmətinə qoşulduqda 30 manat çəkiliş haqqı, ONT modemi üçün 110 manat ödəniş edir.
 
Aztelekom-da  aylıq ödəniş 30 Mbt/s Optik internet 21 (telefon+internet) üçün 21 manat, 50 Mbt/s Optik internet 29 (telefon+internet) üçün 29 manat, 10Mbt/s Optik internet 48 (telefon+internet) üçün 48 manatdır. 
 
Bununla yanaşı aylıq ödəniş 4 Mbt/s internet üçün 13 manat, 7 Mbt/s internet üçün 16 manat, 10 Mbt/s üçün 19 manatdır.
 

 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol