• $
  • £

On bir ayda qeyri neft-qaz məhsulunun istehsalı 8% artıb

On bir ayda qeyri neft-qaz məhsulunun istehsalı 8% artıb
18.12.2023 19:13
2023-cü ilin 11 ayında qeyri neft-qaz sektorunda məhsul istehsalı 7,8% artıb. Bu barədə Dövlət Statistika Komitəsinin noyabr hesabatında qeyd olunub. 
 
Hesabat dövründə neft-qaz sektorunda isə məhsul istehsalı 1,9 faiz azalıb. 

Cari ilin on bir ayında  sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1,0% azalaraq 60,8 milyard manat təşkil edib.
 
Sənaye məhsulunun 67,9%-i mədənçıxarma, 26,8%-i emal, 4,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 84,8% olub.  Ümumi istehsalın 91,3%-i sənaye məhsullarının istehsalı, 8,7%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. 
 
Cari ilin  yanvar-oktyabrında Azərbaycanda neft-qaz sektorunda məhsul istehsalı 2,4 % azalıb, qeyri neft-qaz sektorunda isə 7,4 % artıb.
 
Aygün 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol