Azərbaycanda istehlak bazarı təxminən 6 % böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 63,2 milyard manat olmaqla 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 5,6 % artıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,4 % artaraq 60,8 milyard manata bərabər olub, onun 47,9 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər